Biləsuvarda 400-dən çox şahmatçı mübarizə aparır
Tarix: 26.01.2016 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Biləsuvarda şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinin seçmə yarış mərhələsinin açılışı mərasimində ölkəmizdə idmana göstərilən dövlət qayğısı və qazanılan uğurlardan bəhs olunub.
Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov yarış haqqında geniş məlumat verib. Bildirib ki, seçmə yarış mərhələsində respublikanın bütün şəhər və rayonlarından 400-dən çox gənc şahmatçı təmsil olunur.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Prezident İlham Əliyevin qayğısı sayəsində regionlarda yaradılan idman infrastrukturu belə mötəbər yarışların keçirilməsinə imkan verir. Məhz bu qayğının nəticəsi olaraq Biləsuvarda da idmanın inkişafı üçün mühüm işlər görülür. Hazırda rayonda müxtəlif idman növləri üzrə 14 yeni idman klubu təsis edilib, 5 min 600 gənc fəal idmanla məşğul olur. Rayonda quraşdırılan 175 sadə idman qurğusu, 3 min nəfərlik stadion, Olimpiya İdman Kompleksi, 22 idman zalı gənc nəslin ixtiyarına verilib. Bu səbəbdən də biləsuvarlı gənclər respublika və beynəlxalq idman yarışlarında son üç ildə 42 qızıl, 23 gümüş və 26 bürünc medal qazanıblar.
Şahmat üzrə rayon idmançılarının uğurlu nəticələrini diqqətə çatdıran icra başçısı bildirib ki, ölkə çempionu, beynəlxalq dərəcəli hakim, respublikanın Əməkdar Məşqçisi Şəfəq Əzizova, Azərbaycan və Avropa çempionu Xəzər Babazadə də Biləsuvarın yetirmələridir.
Ölkəmizin dünyada artıq idman ölkəsi kimi tanındığı söyləyən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov respublika miqyaslı tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətindən daşıb və bunu idmanın inkişaf göstəricisi kimi dəyərləndirib.
Sonra yarışlara start verilib.
Fevralın 1-dək davam edəcək yarışlarda 30 nəfər finala vəsiqə qazanacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info