“Azərbaycanın dünyaya ixrac üçün qiymətli sərvəti - tolerantlığı, multikultural dəyərləri var”
Tarix: 26.01.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Yanvarın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuperi qəbul edib.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, səmimi şəraitdə keçən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hal-hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.
Qonağı səmimi salamlayan QMİ sədri A.Paşazadə ötən il Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak etdiyini və burada keçirdiyi bir sıra görüşlər haqqında məlumat verib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan Şeyxülislam ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda dini dözümlülük ənənələrindən danışan Şeyxülislam A.Paşazadə deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. QMİ sədri ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, dini abidələrin qorunduğunu söyləyib. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını qonağın diqqətinə çatdırıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsini əhəmiyyətli hal kimi dəyərləndirərək, Azərbaycanda bunun gündəlik həyat tərzi olmasından qürur duyduğunu bildirib.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Şeyxülislam A. Paşazadə ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.
Cənab A.Kuper təmsil etdiyi qurumun fəaliyyəti barədə Şeyxülislam A. Paşazadəyə məlumat verib, Azərbaycana bu dəfəki səfərinin də əhəmiyyətli olacağını söylədi. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaq diqqətə çatdırıb ki, səfər zamanı ölkəmizin bu sahədəki mövcud dəyərli təcrübəsini bir daha öyrənmək niyyətindədir. A.Kuper xüsusi vurğulayıb ki, Azərbaycanın dünyaya ixrac üçün olduqca qiymətli sərvəti — tolerantlığı, multikultural dəyərləri vardır. O bildirib ki, ABŞ hər zaman dialoq və qarşılıqlı əməkdaşlıq tərəfdarı kimi çıxış edir və əmindir ki, bu növ səfərlər Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Qonaq diqqətə çatdırıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin və müxtəlif məzhəb daşıyıcılarının dostluq, qardaşlıq şəraitində yaşamaları, tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi, xristian məbədlərinin bərpası və təmiri – bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.
Şeyxülislam vurğulayıb ki, ABŞ Dövlət Departamentinin müvafiq hesabatları hazırlanarkən, Azərbaycanda müşahidə olunan həqiqətlər, dini icmaların real həyatları düzgün əksini tapsın. Əks təqdirdə, belə hesabat sənədləri qərəzli kimi qiymətləndirilir və dindarların narazılığına səbəb olur.
Sonra Şeyxülislam Allahşükür Paşazadə qonaqları maraqlandıran sualları cavablandırıb. QMİ sədri xüsusi vurğulayıb ki, dünyada gedən proseslərin mənfi fəsadlarının qarşısının alınmasında dini liderlərin birgə əməkdaşlığının önəmi böyükdür. O bildirib ki, dini liderlərin istinad etdikləri məhək dəyərlər sülh, əməkdaşlıq və əmniyyətə xidmət edir və mömin insanlar heç zaman qarşıdurma tərəfdarı ola bilməzlər. Şeyxülislam Qafqaz Müsəlmanlarının dini lideri olaraq göstərdiyi fəaliyyətdə, həmsədri olduğu MDB Dinlərarası Şurası, habelə sədri olduğu MDB Müsəlmanları Məşvərət Şurasının xəttilə fəaliyyətlərində bu amala xidmət etdiyini diqqətə çatdırıb.
ABŞ-lı qonaq QMİ sədrinin Azərbaycandakı digər dini icmaların rəhbərləri ilə hər zaman birlikdə olmasını — istər ölkə daxilində, istər xarici ölkələrdə keçirilən tədbilərdə ölkəni birgə təmsil etmələrini olduqca vacib məqam kimi səciyyələndirib. O yaxın gələcəkdə Azərbaycanın dini icma rəhbərlərinin ABŞ-a səfərini təşkil etmək niyyətini bildirib.
Görüşün sonunda QMİ sədri qonağa xatirə hədiyyəsi təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info