Bakı və Yaponiyanın Komatsu şəhəri arasında birbaşa yükdaşıma reysi açılıb
Tarix: 26.01.2016 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


“Silk Way West Airlines” aviaşirkəti Bakı və Yaponiyanın Komatsu şəhəri arasında birbaşa yükdaşıma reysi açıb.Heydər Əliyev Beynəlxalq Aeroportundan Komatsu hava limanına birbaşa reys ilə 34 ton kommersiya yükü daşınıb. Komatsu hava limanına təyyarənin gəlişindən dərhal sonra Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin iştirakı ilə İşikava prefekturası tərəfindən təşkil olunan təntənəli mərasim keçirilib. “Silk Way West Airlines” aviaşirkətinin bu marşrut üzrə müntəzəm uçuşları ən müasir yük təyyarələrinin biri – “Boeing 747-8F Freighter” ilə həftədə iki dəfə həyata keçiriləcək.
“Silk Way West Airlines” aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. 2016-cı ilin ikinci-üçüncü rübündə daha iki “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 7-ə yüksələcək. İki yeni avialaynerin tədarük edilməsi aviaşirkətə uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək. Aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info