BANM-in tələbəsi, Prezident təqaüdçüsü Nihad Məmmədov: “Uğur əldə edəcəyimə inanırdım”
Tarix: 26.01.2016 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Məmmədov Nihad Vasif oğlu 31 iyul 1997-ci ildə Bakı şəhərində anadan olub. O, 2004-cü ildə Bakı şəhəri Xətai rayonu 269 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. Təhsilinin ilk 3 ilini bu məktəbdə aldıqdan sonra 2007-ci ildən təhsilini Xətai rayonu 17 saylı tam orta məktəbdə davam etdirib. Məktəb illərində Nihad Məmmədov bir sıra nailiyyətlər əldə edib. O, 2010-cu ildə ingilis dili üzrə olimpiadada öncə təhsil aldığı məktəb üzrə, sonra isə Xətai rayonu üzrə birinci yeri qazanıb. 2015-ci ildə 17 saylı məktəbi bitirdikdən sonra TQDK-nın keçirdiyi qəbul imtahanında 695 bal toplayıb və bu uğuru ilə bitirdiyi məktəbin tarixində ən yüksək bal toplayan şagird olub. 2015/2016-cı tədris ilində Nihad Məmmədov Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub, Prezident təqaüdçüsüdür.

- Qəbul imtahanı necə keçmişdi? İmtahan hansı təəssüratlarla yadda qalıb?
-Qəbul imtahanı çox yaxşı keçmişdi. İmtahandan öncə, təbii olaraq, bir az həyəcanlı idim. Lakin imtahandan sonra artıq rahat idim, çünki uğur əldə edəcəyimə inanırdım. Ona görə də, özümə inamım artmışdı.
-Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?
-Sınaq imtahanlarında ən çox topladığım bal 665 bal olub. Lakin qəbul imtahanında daha çox bal yığacağıma inanırdım. Ailəm və yaxınlarım da mənə inanır və dəstək verirdilər. Bu da məni həvəsləndirirdi.
-Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə qarşına hansı məqsədləri qoydun?
-Orta məktəb illərindən neft-qaz sektoruna böyük həvəs göstərirdim. Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” ixtisasının olması məni çox sevindirdi. Bu təhsil ocağını seçməyimə əsas səbəb mənim gələcəkdə peşəkar mütəxəssis olmaq arzumdur. Bunun üçün ali məktəbdə kifayət qədər imkan və şərait yaradılıb. Burada tədris olduqca yüksək səviyyədədir. Dərslər ingilis dilində və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında aparılır.
-Özünü gələcəkdə harada görürsən?

-Təhsilimi bitirdikdən sonra savadlı mütəxəssis olmaq və Azərbaycanın neft-qaz sənayesinin inkişafına öz töhfələrimi vermək istəyirəm. İnanıram ki, gələcəkdə buna nail olacağam.
-Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin var?
- Humanitar fənləri sevirəm, tarixə marağım olduqca böyükdür. Bununla yanaşı, həm də klassik ədəbiyyatın həvəskarıyam. Boş vaxtlarımda kitab oxumağı və musiqiyə qulaq asmağı sevirəm. İdmana da marağım çoxdur, futbol oynamağı çox sevirəm.
Nigar






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info