“Vergi ödənişlərinin həcminə baxsaq, birinci yerdə dövlət şirkətləri gəlir”
Tarix: 26.01.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


“Azərbaycanda nümunəvi vergi ödəyiciləri siyahısını müəyyən etmək mümkün olmur”.
 Bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına  həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada  vergilər naziri Fazil Məmmədov bildirib.
“Əgər vergi ödənişlərinin həcminə baxsaq, birinci yerdə dövlət şirkətləri gəlir. Özəl şirkətləri götürsək, vergi həcminə görə neft konsorsiumları öndədir. Onlar da bəzən vergi qanunvericiliyindəki boşluqlarından istifadə etmək istəyirlər. Ümumiyyətlə, böyük şirkətlərdə də bəzən nöqsanlara rast gəlinir. Bu nöqsanlara yol verilməməsi lazımdır. Ümumiyyətlə, Vergilər Nazirliyi olaraq biz 10 ildir ki, müvafiq parametrlər tapa bilmirik ki, nümunəvi vergi ödəyicilərinin siyahısını müəyyən edək”, - deyə F. Məmmədov bildirib.
 Nazir Azərbaycanda çoxlu sayda qeydiyyatsız iş yerlərinin olduğunu qeyd edib.
 O, müxtəlif sahələrdə çalışanların vergiyə cəlb edilməsində problemlərin olduğunu bildirib. Misal qismində nazir repetitorluq xidməti göstərən müəllimləri göstərib. Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bu sahələrdə çalışanlar vergiyə cəlb olunan zamanı sosial durumlarının ağırlaşdığını dilə gətirirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Azeri Light”ın bir barreli 76,71 dollara satılır
25.04.2019
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info