“Xarici bazarlara yerli mal çıxaranlara güzəştlər edilməlidir”
Tarix: 26.01.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Rüfət Əzizov: “Müasir sənaye bölgələrində güzəştli şərtlərin tətbiqi sənaye müəssisələrinin inkişaf edib çoxalmasına və sağlam rəqabətə gətirib çıxara bilər”

Neft qiymətlərinin düşməsilə əlaqədar olaraq yaranan böhran Azərbaycandan da yan keçməyib. Bununla belə, dövlət ölkənin sosial-iqtisadi inkişaf tempinin saxlanılması və vətəndaşların, sahibkarların bu ümumi dünya böhranı fonunda zərərlərinin minimuma endirilməsi üçün məqsədyönlü və effektli tədbirlər, islahatlar həyata keçirir. Bu baxımdan qeyri-neft sektorunun inkişafının zəruriliyi xüsusi diqqətdə saxlanılır. Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına aid son müşavirədə də bu barədə xüsusi tapşırıqlar və vəzifələr müəyyənləşdirib. Eləcə də bu mövzuda mütəxəssislərin fikir və təkliflərini öyrənmək də önəm kəsb edir.
Bu barədə bizə fikirlərini bildirən gənc alim, kimya sənayesi üzrə mütəxəssis Rüfət Əzizov qeyd etdi ki, son bir ayda iqtisadi böhranın fəsadlarının təzahürü və ona qarşı mübarizə proseslərinin həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi ondan ibarətdir ki, dəfələrlə qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd etsək də, tam mənası ilə bunun vacibliyini məhz böhran zamanı daha yaxşı anladıq. Mənfi cəhət də, əlbəttə ki, ondan ibarətdir ki, biz başa düşdük ki, bəzilərimiz hələ postneft dövrünə hazır deyilir və səylərimizi birləşdirməsək, iqtisadi böhran qısa bir müddətdə bizə ciddi təsir göstərə bilər.
Amma əminəm ki, son bir neçə gündə Prezident İlham Əliyevin atdığı addımlar ölkəmizin neftdən asılılığını azaldacaq və yeni uğurlu inkişaf mərhələsinə nail olacağıq. Hökumətin atdığı xoşməramlı addımları tam səmimi hesab edirəm, çünki dövlət özü monopoliyaların olduğunu və ölkədə bəzi insanların bizneslərə himayədarlıq etdiyini etiraf etdi və bunlara qarşı mübarizəyə başladı. Xüsusilə bank, gömrük və vergi sistemində islahatlara start verilməsi, gömrüyün, demək olar ki, rəsmiləşməsi çox böyük hadisədir. Bu, 2-3 ay içində, yəni yeni mallar gətiriləndə bazarda qiymətlərə ciddi təsir göstərəcək. Monopoliyaların və müəyyən şəxslərin bu situasiyadan sui-istifadəyə yol verməsinin köklü şəkildə aradan qaldırılması prosesinin başlaması da çox mühüm hadisədir.
İndi əsas məsələ daha da qətiyyətli addımlar atmaqdır. Sahibkarlar baş verənləri, hətta möcüzə hesab edirlər. Bəziləri hər şeyin düzəldiyinə inana bilmirlər. Hətta görəndə ki, həqiqətən, vəziyyət düzəlib, bunun uzunmüddətli olacağına inanmırlar. Bu inamı bərpa etmək lazım gələcək, çünki sahibkar qorxur ki, birdən mən yeni qaydalara uyğun planımı quraram, xaricdən nəsə idxal edərəm, mal yolda olanda qaydalar yenidən dəyişər.
Cənab Prezidentin tapşırığı ilə son günlər investisiyaların təşviqi ilə bağlı qərarların verilməsi, avadanlıq və texnologiya idxal edən şirkətlərə 7 il güzəşt olunması, ixrac üçün dövlət dəstəyinin vəd olunması və orta-kiçik sahibkarlığa dəstəyin artırılması, əlbəttə ki, müəyyən vaxt sonra inkişaf impulsu yaradacaq”.
Eyni zamanda daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlərə start verilib: “Yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərəcək.
Bütün bunlar başlanğıcdır, olması gərək olan fundamental prisiplərdir. Çox dinamik şəkildə düşünməliyik ki, daha hansı strateji addımları atmalıyıq və ya nələri başqa cür etməliyik. Bununla bağlı bəzi məsələləri nəzərdən keçirək”.

“Özəlləşdirmə qaçılmazdır”
R.Əzizov bildirir ki, özəlləşdirmənin davam etdirilməsi qaçılmazdır: “Son bir neçə ildə sənayenin inkişafında nəzərəçarpacaq işlər görülüb, həcmcə böyük müasir sənaye müəssisələri, əsasən dövlət sərmayəsi hesabına yaradılıb. Dövlət sənayenin inkişafı üçün həmişə səy göstərib, lakin bu günə əldə olunan nəticə ondan ibarətdir ki, dövlət sərmayəsi ilə icra olunan və dövlət tərəfindən idarə olunan müəssisələr rəqabətə davamlı deyil, ölkənin ixrac potensialını arzuolunan dərəcədə yüksəldə bilmirlər. Bu da onu deməyə əsas verir ki, dövlət özü bizneslə məşğul olmamalıdır, əksinə, özəl sektor üçün şərait yaratmalıdır və qanunlar ilə nəzarət etməlidir. Yalnız və yalnız özəl sektorun inkişafı Azərbaycan istehsalı olan malların yerli və xarici bazarlarda daha tez yer tapa biləcəyinə real zəmin yarada bilər. Özəl sektorda orta və kiçik sənaye müəssisələrinin yaradılması, onların sayının artması və rəqabətin gücləndirilməsi üçün təşviq proqramlarının tətbiqi ölkəmizdə sürətli sənayeləşməyə təkan verə bilər. Hələ də gec olmadığını hesab edirəm. Bu baxımdan son dövrlərdə istifadəyə verilmiş dövlət sənaye müəssisələri özəlləşdirilməlidir. Bu müəssisələrin çoxu, istehsal xətləri yenidir və hələ uzun müddət effektiv istifadə oluna bilər. Özəlləşmənin tam şəffaf keçirilməsi təmin olunmalıdır”.

Vergi endirimi təşviqi proqramları
Ekspert bildirir ki, layihələrin həcmlərindən, strateji, regional və elmi araşdırma əsaslılığından asılı olaraq, sənaye şirkətlərinə ƏDV və gömrük güzəştləri tətbiq edilməlidir: “Bu, əsasən istehsal avadanlıqlarının və təchizat mallarının ƏDV-dən və gömrük vergisindən azad olunması kimi tətbiq edilə bilər. Yenə də layihələrin növündən və istehsal gücündən asılı olaraq, yeni istehsal müəssisələri ilk 5-10 il fəaliyyət dövründə gəlir vergisindən qismən azad oluna bilər. Bundan başqa, kreditlərin qaytarılmasında, ərazinin icarəsində, sığorta əməliyyatlarında və elmi araşdırma aparılması üçün maliyyə dəstəyi proqramları tətbiq oluna bilər. Hazırda banklara olan dollarla borcdan əziyyət çəkən, getdikcə müflisləşən sənaye müəssisələrinə dəstək olunmalıdır.
Xarici bazarlara yerli malların çıxarılması üçün dövlət tərəfindən xüsusi güzəşt proqramlarının tətbiqi çox vacibdir. Bu, müəssisələrin qurulmasında avadanlıq idxalı zamanı, hazır məhsulun ixracı prosedurlarının sadələşdirilməsi, nəqliyyat icazələri və xaricdə malların tanıdılması üçün PR kampaniyaları şəklində ola bilər. İxracyönümlü müəssisələr üçün ayrıca vergidən azad bölgələr yaradıla bilər. Regionların inkişafı üçün bölgələrə uyğun güzəştlər tətbiq oluna bilər. Məsələn, Qaradağda istehsal müəssisəsi üçün vergi güzəşti 3 illikdirsə, Sabirabadda bu, 10 illik ola bilər. Bu da sahibkarlarda regionlara sərmayə qoymağa marağı artırar”.

Strateji sənaye müəssisələrinin inkişafı
Xaricdən gətirilən hər hansı bir sənaye məhsulunun yerli istehsalını təşkil etmək və idxalı azaltmaq məqsədilə həyata keçirilən proqramların yaradılması, təkliflərin verilməsi vacibdir. Ekspert bu barədə deyir ki, bir çox ölkələrdə 50 faizdən çoxu xaricdən idxal olunan malın istehsalı üçün nəzərdə tutulan sənaye sərmayəsi strateji sərmayə sayılır: “Bu proqramın əsas məqsədi daxildə həmin mala olan ehtiyacı daxili istehsal ilə təmin etmək, beynəlxalq rəqabət gücünü artırmaq, bu istiqamətdə elmi araşdırmalara həvəsləndirmək və müasir texnologiyaların tətbiqinə dəstək olmaqdır. Bundan əlavə, ölkəmizin müxtəlif bölgələrinin spesifik imkanlarından yararlanaraq qurula biləcək sənaye müəssisələri regionların inkişafı üçün növbəti mərhələ ola bilər. Müxtəlif bölgələrin xammal ehtiyatı, insan resursu, infrastrukturu və coğrafi mövqeyi nəzərə alınaraq həyata keçirilə biləcək layihələr ola bilər. Bu qəbildən olan özəl sənaye müəssisələri regionlarda iş yerlərinin açılmasında, istehsal olunan məhsulun maya dəyərinin azalmasında və ixrac potensialının artmasında əhəmiyyətli rol oynaya bilər”.

Elmi-texnoloji müəssisələrin inkişafı

Standart məhsul istehsal edən sənaye müəssisələri böyük sərmayələr tələb edir və rəqabət böyük olduğundan qazanc çox olmaya bilər: “Elmi savada, mühəndisliyə və kreativliyə əsaslanan məhsulların istehsalı isə daha az sərmayə və daha çox qazanc deməkdir. Elm ilə sənayenin inteqrasiyası nəzərdə tutulmalıdır. Səlahiyyətli elmi qurumun dəstəklədiyi məhsulların istehsalı üçün xüsusi güzəşt proqramları ola bilər. Bundan başqa tədricən istehsal proseslərini və xətlərini dizayn edən, elmi araşdırmaların nəticələrini sənaye proseslərinə uyğunlaşdıran yerli mühəndislik şirkətləri qurulmalıdır. Belə şirkətlərə əsasən elektrik, elektronik, mexanika, kimya, material, biotexnologiya və metallurgiya mühəndisliyi sahəsində dizayn və layihə idarə olunması işləri görən şirkətlər daxildir. Layihələrin işlənib hazırlanmasına və idarə olunmasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər də cəlb olunmalı və onlara güvənilməlidir”.

Özəl sektor və sənaye bölgələri

Özəl sektorun inkişafını təşviq etmək üçün şirkətlərin getdikcə böyüyüb holdinqlərə çevrilməsi məqsədilə dövlətin strateji layihələrində iştiraka cəlb olunmaları zəruridir: “Böyük layihələrdə təkbaşına iştirak edə bilməyən şirkətlər birləşib konsorsiumlar qurmağa çalışacaqlar. Müəyyən müddət sonra peşəkarlaşan bu konsorsiumların ölkədən kənarda da beynəlxalq layihələrdə iştirak etmək ehtimalı çoxalacaq. Bunun Türkiyədə çox sayda nümunələri vardır: şirkətlər konsorsiumlarda birləşərək öz sərmayələri ilə dövlət müəssisələrini qururlar, müqaviləyə əsasən onları 15-25 il işlətdikdən sonra dövlətə təhvil verirlər.
Son dövrlərdə texnoparkların yaradılması sənayenin inkişafına müsbət impuls verməkdədir, lakin orada olan istehsal xətlərinin tam potensialından istifadə olunmur. Qısa zamanda texnoparklar özəlləşməlidir. Texnoparklarda yaradılmış şərait özəl sektorun inkişafı məqsədilə sənaye bölgələrində də yaradıla bilər. Sənaye bölgələrində, ilk növbədə üstün enerji və infrastruktur şəraiti yaradılmalıdır. Bundan başqa, elektrik, su, yol, təhlükəsizlik, internet-telefon servisləri, yanğına qarşı təlimlər, ilkin yardım xidməti, ətraf mühitin qorunması sistemi, sənaye binalarının tikilməsi üçün icazələrin alınması sistemi, inşaat və arxitektura bilgilərinin verilməsi, tullantıların toplanması, sutəmizləmə sistemi, qarla mübarizə, lazımi xəritələrin hazırlanması, yeni sənaye xətlərinin istifadəyə verilmə icazələrinin alınması, layihələrə nəzarət, ortaq konfrans mərkəzləri, bank şöbələri xidməti, sosial təsislər, hüquq məsləhəti bürosu və başqa xidmətlər sənaye bölgələrində nəzərdə tutula bilər. Müasir sənaye bölgələrində güzəştli şərtlərin tətbiqi sənaye müəssisələrinin inkişaf edib çoxalmasına və sağlam rəqabətə gətirib çıxara bilər”.

Xarici sərmayənin cəlb olunması

Xarici sərmayənin ölkəyə cəlb olunması üçün davamlı PR kampaniyaları aparılmalıdır. Ekspert bu barədə bildirir ki, xarici şirkətlər "Mən Azərbaycana niyə sərmayə qoymalıyam" sualına tutarlı cavab tapa bilməlidir: “Dinamik iqtisadi inkişaf, stabil siyasi vəziyyət, uğurlu statistik iqtisadi göstəricilər, insan potensialı, tolerantlıq, infrastruktur imkanları, dövlət təşviqi proqramları, ölkənin coğrafi mövqeyinə görə regional və beynəlxalq mərkəz ola bilməsi kimi faktorlar bir daha təhlil olunmalı və düzgün, effektiv şəkildə təbliğ edilməlidir. Azərbaycanın müxtəlif beynəlxalq qurumlar vasitəsilə və eləcə də, ikitərəfli sazişlərə əsaslanan güzəştli gömrük və tranzit anlaşmaları vurğulanmalıdır ki, xarici şirkətlərin ölkənin sənaye və ixrac potensialı barədə tam təsəvvürü olsun. Xarici şirkət gömrükdə heç bir “daxili qərar var” söhbəti ilə qarşılaşmamalıdır.
İnanıram ki, bu çətin dövrdə sahibkarlar cənab Prezidentin yanında, cənab Prezident də əsl sahibkarların yanında olacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info