AZLİBNET Milli Kitabxana -İnformasiya mərkəzinin təqdimatı keçirildi
Tarix: 20.02.2013 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında respublikada ilk Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimat mərasimi keçirildi.
Tədbirdə bildirildi ki, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində yeni yaradılmış AZLİBNET-in xüsusi xidmətləri vardır. AZLİBNET Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Gənclər Kitabxanasının nəzdində yaradılıb. Onun prioritet istiqamətlərindən biri kitabxanalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir. AZLİBNET-in məqsədi Azərbaycan kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaqdan ibarətdir. AZLİBNET-in əsas vəzifəsi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan respublika əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-lərinin elektron resurslarının vahid mərkəzdən idarə olunmasına, onların təhlükəsizliyinin təmin edilməsinə, elektron resursların istifadəçilərə fasiləsiz və operativ olaraq təqdim edilməsinə, kataloqlaşdırma zamanı əlavə zaman itkisinin, biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasına nail olmaqdır. Layihənin Azərbaycanda ilk olduğunu vurğulayan tədbir iştirakçıları bunu yüksək qiymətləndirdilər. Tədbirin sonunda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, təqdimat mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, millət vəkili Fərəc Quliyev, BDU-nun professoru Abuzər Xələfov və elm və mədəniyyət xadimləri, şəhər (rayon) kitabxanalarının rəhbərləri və geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.
Xanım NƏSİROVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info