“Heç kim qanunla hesablanan vergidən əlavə sahibkardan əlavə vergi tələb edə bilməz“
Tarix: 26.01.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Vergilər naziri Fazil Məmmədovvergi sahəsində  qanunsuzluqlarla üzləşən sahibkarları Vergilər Nazirliyinə, Baş Prokurorluğa və məhkəmələrə müraciət etməyə çağırıb.
Bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada çıxış edən nazir deyib ki, Vergi Məcəlləsinin 60-cı maddəsi mübahisəli hallarda sahibkarların lehinə qərar çıxarılmasını özündə ehtiva edir. "Heç kim qanunla hesablanan vergidən əlavə sahibkardan əlavə vergi tələb edə bilməz", - deyə F. Məmmədov bildirib.
Nazir 2015-ci ildə sahibkarların 907 milyon manatlıq verginin qanunsuz alınması iddiası ilə bağlı məhkəmələrə müraciət etdiyini xatırladıb: "Bu iddialar üzrə 97% vəsaitin ya tam, ya da qismən qanuni vergi olması barədə qərar verilib, yalnız 3% vəsaitlə bağlı fərqli qərar çıxarılıb. Mən bir daha əlavə, qanunsuz vergi alındığını düşünən sahibkarlardan xahiş edirəm ki, Vergilər Nazirliyinin Apelyasiya Şurasına, Baş Prokurorluğa, yaxud məhkəmələrə müraciət etsinlər. Əgər haqlıdırlarsa, onların hüquqları bərpa olunacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info