Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının şura iclası keçirilib
Tarix: 26.01.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. 2015-ci ildə rayonda partiya üzvlərinin ümumi sayı 1431 nəfərə çatıb. Onların 261 nəfərini qadınlar, 368 nəfərini gənclər təşkil edir.
Bu faktlar Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında ötən ilin yekunları ilə bağlı keçirilən şura iclasında səsləndirilib.
İclasda şura üzvləri və ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər. Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımovun mövzu ilə əlaqədar məruzəsi dinlənilib. Qeyd olunub ki, 2015-ci ildə təşkilat öz işini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Hesabat ili ərzində təşkilatın 4 şura iclası, İdarə Heyətinin isə 12 yığıncağı keçirilib. Yığıncaqlarda Yeni Azərbaycan Partiyasının V Qurultayının və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi vəziyyəti diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərlə bağlı məsələlər də müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiya və müşavirələrin yekunları, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən qarşıya qoyulan məsələlər müzakirə olunub.
Bildirilib ki, hesabat ili ərzində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb. 2015-ci ildə rayonda aparılan tikinti-quruculuq və abadlıq tədbirlərində, yaşıllaşdırma iməciliklərində partiya üzvləri mütəşəkkillik nümunəsi göstəriblər.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva və Heydər Əliyev adına Gənclər Birliyinin sədri Oğuz Əliyev çıxış ediblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info