“Formula-1” yarışının təşkilatçı briqadalarının üzvləri seçilir
Tarix: 26.01.2016 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışının təşkilinə cəlb olunacaq yanğınla mübarizə və xilasetmə briqadasının azərbaycanlı üzvlərinin seçimi və lazımi avadanlıqla təchiz edilməsi işlərinə başlanılıb. Bəhreynin “Əl-Biləd” qəzeti bildirir ki, bu ölkədən olan yanğından mühafizə və xilasetmə, habelə avtomobillərin təxliyəsi briqadalarının rəhbərləri Eyyub Yusif əs-Salman və Əbdülcəlil İbrahim Ramazan Azərbaycan paytaxtına səfər ediblər. Üç gün davam edəcək əlaqələndirmə səfəri ərzində “Formula-1” yarışına hazırlıq məqsədilə bir sıra tədbirlər təşkil olunacaq. Eyni zamanda, bəhreynli mütəxəssislər briqada üzvlərinin vəzifələrinin öhdəsindən tam bacarıqla gəlmələri üçün onlara təlim keçəcək, briqada başçısının, onun müavininin seçilməsində iştirak edəcəkdir. Ölkəmizdə səfərdə olan bəhreynli mütəxəssislər Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların idarə edilməsi mərkəzinə səfər edərək nazirliyin məsul şəxsləri ilə görüşəcək, briqada ilə bağlı tələbləri, lazım olan avadanlıqlar və üzvlərlə bağlı tövsiyələri, avtomobil yarışları, xüsusən “Formula-1” Qran-pri yarışları ərzində fövqəladə hadisələr zamanı hərəkət etmək qaydalarını geniş müzakirə edəcəklər. Bildirildiyinə görə, yanğınla mübarizə və xilasetmə briqadası bir neçə şəxsdən - briqadanın başçısı, onun müavini və trek ətrafında mövqe tutacaq üzvlərdən, çevik müdaxilə briqadasından və qarajlar tərəfdə dayanacaq briqadadan ibarətdir. Bu briqadalar yanğın və xilasetmə baxımından fövqəladə vəziyyətlərə nəzarət edir. Əs-Salman qəzetə müsahibəsində Azərbaycan tərəfinin təcili xidmətləri yerinə yetirmək və çevik müdaxilə üçün təxminən 10 avtomaşın, trası və yarış məkanını əhatə etmək üçün 84 yanğınsöndürən şəxs, qarajlar məntəqəsində briqadanın 17 üzvü, ikinci qarajlar məntəqəsində 5-dən-7-yə qədər əməkdaşa ehtiyac olması barədə fikrini qeyd edib. Mütəxəssis əlavə olaraq deyib ki, Bəhreyn tərəfi isə yanğınla mübarizə və xilasetmə briqadasında, ümumilikdə 150 əməkdaşa ehtiyac olduğunu bildirib. Səfər ərzində əs-Salman Azərbaycanda “Formula-1” yarışının təşkilinə məsul şəxslərin müşayiəti ilə yarış yerinə baxış keçirəcək, onun təftişində iştirak edəcək, baş verə biləcək hadisə zamanı riskləri, orada olan tamaşaçıları, marşalları və yarışçıların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün hadisə anında ən qısa zamanda və peşəkar davranış bacarığını qiymətləndirəcək. “Azərbaycanda yarışın treki boyu müəyyən nöqtələrdə çevik müdaxilə maşınları paylanacaq, həmçinin çevik müdaxilə üçün Beynəlxalq Avtoidman Federasiyasının şərtləri və qanunları çərçivəsində ən yaxşı avtomobillər seçiləcək”, – deyə qəzet yazır. Avtomobil qəzaları və tras üzərində və ya ətrafında qırılmalar olduğu halda avtomobillərin təxliyəsi briqadasına gəlincə, onun rolu xarab olan və ya zərər çəkən avtomobilləri trasdan kənara təxliyə etməkdir. Digər bəhreynli mütəxəssis Əbdülcəlil İbrahim Ramazan Azərbaycan tərəfindən avtomobillərin təxliyəsi briqadasının başçısını, onun müavinini seçəcək, briqadanın təlim üsullarını müzakirə edəcək. Briqadanın üzvlüyünə təxminən 60-80 şəxs daxil olacaq. Tras yerindəcə təftiş ediləcək, təxliyə və ya qaldırıcı avtomobillər üçün münasib məkanlar seçiləcək. Bəhreyn təxliyə briqadası Azərbaycan təxliyə briqadasını seçdikdən sonra ona təlim keçəcək, gələcək mərhələ ərzində nəzəri və praktik təlimlər təşkil edəcək. Həmçinin bu briqada tərəfindən istifadə edilən avadanlıqlar və cihazlar seçiləcək.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info