“Çətinliklər aradan qaldırılacaq”
Tarix: 26.01.2016 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycan dövləti maksimum çalışır ki, gözlənilməz iqtisadi vəziyyətdən əhali narahatlıq keçirməsin. Dövlət, xüsusən, insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin son keçirdiyi müşavirələrdə verdiyi tapşırıqlara uyğun olaraq böhranın təsirini azaltmaq üçün Azərbaycanda məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısı bildirib ki, Azərbaycan hazırkı vəziyyətdən çıxmaq üçün ciddi addımlar atır: “Azərbaycan böhranlı vəziyyətdən ən az itkilərlə çıxa bilmiş ölkədir. Azərbaycan xalqı və Azərbaycan dövləti analoji məqamlarda güclü iradə nümayiş etdirmişdir.
Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında verilən tapşırıqların icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz inkişaf templərini saxlayacaq. Vəziyyətdən itkilərlə çıxmaq üçün əlavə tədbirlər görülməli, islahatlar dərinləşməlidir”.
Azərbaycan dövlətinin atdığı bu addımlar ictimaiyyət nümayəndələri tərəfindən çox müsbət qarşılanır. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli bizimlə söhbətində dedi ki, hazırkı vəziyyətdə ortaya qoyula biləcək qaçılmaz addım və çıxış yolu təcili effektiv antiböhran tədbirlərinin həyata keçirilməsidir: “Azərbaycan dövləti, onun rəhbərliyi də məhz bu yolu seçib. Görülən işlər mövcud və gözlənilən böhranın təsirlərini azaltmaqla yanaşı, eyni zamanda iqtisadiyyatda canlanmanın da formalaşmasına xidmət edir. Bu tədbirlər, sadəcə, dövlət büdcəsinin xərclərinin azaldılmasına deyil, həmçinin bəzi hallarda stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün dövlətin üzərinə yeni xərclər qoyur. Bu baxımdan antiböhran büdcə heç də nəzərdə tutulan maliyyə ayırmalarının kəsilməsi anlamına gəlmir, əksinə, bir sıra vacib olmayan layihələrin maliyyələşdirilməməsi hesabına görülən tədbirlərə vəsaitin ayrılmasını nəzərdə tutur. Atılan addımların əsas hədəflərindən biri də iş yerlərinin sayının, kredit xətlərinin mövcudluğunun saxlanılması, özəl sektora və investisiyalara dəstəyin verilməsidir. Burada məşğulluğun təmin edilməsi və istehsalın həcminin qorunması üçün vergi güzəştlərinin tətbiq edilməsi də vacib amillərdəndir. Antiböhran proqramının əsas sütunlarından biri də çevik, mobil idarəetmə aparatının yaradılması, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, bir-birini təkrarlayan, dövlət büdcəsinə əlavə yük olan icra strukturlarının ləğv edilməsi, birləşdirilməsi, hüquqi və institusional islahatların aparılmasıdır ki, bunlar da məhz Prezident İlham Əliyevin əsas hədəfləri və fəaliyyət istiqamətləridir”.
Asif Əsgərlinin fikrincə, bu proseslərin operativ aparılmasına başlayan dövlət başçısı burada ictimai nəzarət mexanizmlərinin tətbiq olunmasını qeyd etməklə Azərbaycanda demokratik, yaxşı idarəetmə ənənələrinin oturuşmasına da səslənmiş oldu: “Ölkə Prezidenti tərəfindən bu istiqamətdə konkret addımlar atılmağa başlanıb, büdcəyə yük olan bir neçə dövlət qurumu ləğv edilib, bir neçəsi birləşdirilib və bu proses davam etməkdədir. Prezident yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini son keçirdiyi müşavirələrdə bildirib və müvafiq icra strukturlarına ciddi tapşırıqlar verib. Lisenziyalaşdırma sahəsində fundamental qərarların qəbul edilməsi və qısa bir zaman kəsiyində icra olunması ilə başlanan proqressiv addımlar dalğası 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialının genişləndirilməsi, yerli sənayenin, o cümlədən kənd təsərrüfatı məhsullarının, istehlak malları istehsalının artırılmasını və idxalın həcminin azaldılmasını nəzərdə tutub. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, büdcəmizdə neftdən gələn gəlir hissəsinin əsas əvəzləyicisi olacaq vergitutma bazasının genişləndirilməsinə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaqdır ki, bu da həm əhali, həm də sahibkarlar tərəfindən alqışlarla qarşılanır. Yeni iş yerlərinin yaradılması və mövcud potensialın bərpası ilə əlaqədar bölgələrdə sənaye zonalarının yaradılması ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulub. Bu məsələ ölkədə regional məskunlaşma, paytaxt və iri şəhərlərə işlək əhali axınının azalması imkanlarını da artıracaqdır”. Asif Əsgərli bildirdi ki, əhalini ən çox narahat edən məsələlərdən biri də süni qiymət artımının qarşısının alınması idi: “Bu məqsədlə də Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilib və artıq bununla bağlı müvafiq addımlar atılmağa başlayıb. İnanırıq ki, ictimai-siyasi və iqtisadi prosesləri, xalqın maraqlarını, rifah halının stabilləşməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısı, qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq və Azərbaycan uğurlu inkişaf yolunu davam etdirəcəkdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info