İtaliya ilə İran arasında münasibətlərin yeni dövrü başlayır
Tarix: 27.01.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


İtaliya ilə İran arasında 17 müqavilə imzalanıb. “Anadolu” Agentliyinin yaydığı məlumata görə İrana tətbiq olunan embarqoların rəsmən ötən həftə götürülməsinin ardından Qərb ölkələri arasında ilk səfərini İtaliyaya edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İtaliyanın Baş naziri Matteo Renzi ilə bir araya gəlib.
Təkbətək görüşdən sonra liderlər hər iki ölkə arasında ticarət və iqtisadi baxımdan yeni bir dövrü başladan 17 müqavilənin imzalanması mərasimində iştirak edib. Renzi və Ruhaninin qatıldığı imza mərasimində, İtaliya ilə İran arasında 7-si dövlətlərarası, 10-u da təşkilati olmaq üzrə 17 ikitərəfli razılaşma ilə bağlı sənədlərə hər iki ölkəni təmsil edən nazir, nazir müavini və qurum nümayəndələri imza atıb. İmzalanan müqavilələr İranda dəmir yolu xətlərinin İtalyan şirkətləri tərəfindən yenidən qurulması, səhiyyə və əczaçılıq sektorunun inkişafı, eləcə də enerji sahəsinə və digər məsələlərdə əməkdaşlığın genişləndirilməsini əhatə edir.
Qeyd edək ki, İtaliyaya səfəri çərçivəsində Vatikanda olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Roma Papası Fransisk ilə görüşüb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info