“Kiber gənclər II” layihəsinə start verilib
Tarix: 20.02.2013 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Ölkəmizdə həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilir, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü il Azərbaycanda məhz İKT ili elan olunub. Azərbaycan gəncliyinin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərə öz potensiallarını kəşf etməyə, həyatda layiqli yer tapmağa, özünü dövlət və ictimai fəaliyyətdə, elm və mədəniyyətdə parlaq nümayiş etdirməyə şərait yaratmaq üçün hədəflər müəyyən olunub.
Müasir gənclik informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və bu, gənc nəsil üçün tükənməz imkanlar yaradır. Gənclər gündəlik həyatlarının müəyyən hissəsini kiber-aləmdə: müxtəlif veb səhifələrdə, sosial şəbəkələrdə və s. internetin zəngin informasiya bazasından səmərələnmək və yaxud sadəcə ünsiyyət yaratmaq məqsədilə keçirirlər. Nəzərə alsaq ki, internet istənilən informasiyanı bir anın içində əldə etməyə imkan verir, onda o, gənclər üçün faydalı olduğu qədər zərərli də ola bilər.
Gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədilə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Kiber gənclər II” layihəsini həyata keçirir. Layihə çərçivəsində 16-18 yaşlı 40 nəfər gənc üçün mart ayında Düşərgə keçiriləcək. “NUR”dan qəzetimizə bildirilib ki, fəal internet istifadəçisi olan iştirakçıların seçimi ərizə əsasında müsabiqə və internet vasitəsilə müsahibə yolu ilə aparılır. Düşərgəyə təlimçi və fasilitator qismində mütəxəssislər, sosial şəbəkədən fəal istifadə edən tanınmış şəxslər dəvət olunacaqlar. Düşərgə innovativ və interaktiv metodlar ilə idarə olunacaq və hər bir iştirakçının fərdi ehtiyaclarını qarşılaya biləcək. Düşərgə müddətində gənclər internetlə təmin olunacaq və bununla da əldə etdikləri yeni informasiya və biliklərdən praktik şəkildə faydalana biləcəklər. Bu layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdır.
FUAD




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info