“Azəriqaz”: “Əhalinin təbii qazla təchizatında heç bir problem yoxdur”
Tarix: 27.01.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Havaların kəskin soyuması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi gündəlik tələbata uyğun əhaliyə verilən təbii qazın həcmini artırıb.
SOCAR-dan verilən məlumata görə, istər Bakı şəhəri və ətraf qəsəbələrdə, istərsə də respublikanın regionlarında əhaliyə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmayıb. Birlik tərəfindən planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan bütün təmir işləri müvəqqəti olaraq təxirə salınıb. Yalnız qəza hallarının aradan qaldırılması zamanı əhaliyə mavi yanacağın verilişində qısamüddətli fasilələr yarana bilər. Baş verən qəza halları isə “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qəza xidmətləri tərəfindən operativ olaraq aradan qaldırılır.
Eyni zamanda abonentlərin şikayətlərinin araşdırılması və həll edilməsi məqsədi ilə birliyin 104 və 185 qaynar xətləri fasiləsiz fəaliyyət göstərir. Bütün çağırış və müraciətlər operativ surətdə və nəzarət qaydasında icra olunur. İşlərin səmərəli təşkili, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin artırılması məqsədi ilə Bakı Regional Qaz İstismar Departamenti və Regional Qaz İstismar İdarələri gücləndirilmiş iş rejiminə keçirilərək növbətçilik sistemi yaradılıb.
Məlumat üçün qeyd edək ki, ötən gün axşam saat 20:00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində avtomobilin 159 mm-lik qaz xəttini sındırması nəticəsində Nərimanov və Binəqədi rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yaranıb, “Azəriqaz” İB-nin müvafiq qurumları tərəfindən dərhal həmin ərazidə alternativ xətlər çəkilərək qazın verilişi bərpa edilib.
Birlik tərəfindən istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər bundan sonra da görüləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info