Professor və dosentlərin əmək haqları arta bilər
Tarix: 27.01.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda elmi işçilərə elmi adlara görə əmək haqlarına əlavələrin verilməsi təklif edilir.
Bu məsələ Milli Məclisin Elm və Təhsil Komitəsi tərəfindən yeni hazırlanan “Elm haqqında” qanun layihəsinə daxil edilib.
Bu barədə Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.
Onun sözlərinə görə, əvvəlki layihədə elmi işçilərin əmək haqlarına yalnız elmi dərəcələrə görə əlavələrin verilməsi, onun miqdarının artırılması təklif edilirdi:“Yeni layihədə isə yalnız elmlər dərəcələrinə görə deyil, elmi adlara, yəni professor və dosent olmağa görə də əmək haqlarına əlavələrin verilməsi təklif edilir.Bu məbləğin nə qədər olması təklif edilmir. Çünki konkret həddi müəyyən etmək müvafiq icra orqanının səlahiyyətindədir”.
İ.Həbibbəyli qeyd edib ki, layihədə müəssisələrin öz daxili imkanları hesabına elmi işçilərinin sosial rifahının yüksəldilməsi üçün tədbirlər görməsi ilə bağlı da müddəalar öz əksini tapıb.
Komitə sədri qeyd edib ki, müəssisələr əldə etdiyi gəlirlər hesabına birinci növbədə işçilərinin sosial rifahını təmin etməlidirlər. Bu tədbirlər həvəsləndirmə üçün vəsaitlərin, mükafatların verilməsi formasında ola bilər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info