“Yerevana qarşı sənədin qəbulu böyük bir uğurdur”
Tarix: 27.01.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


"AŞ PA-da çox ciddi bir sənəd qəbul olundu. "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilib" adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə öz əksini tapır". Bunu “Trend”ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, məruzəçi xanım Militsa Markoviç Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə bitişik bölgələrimizdə Ermənistanın qeyri-insani əməlləri nəticəsində yaranmış su problemi, onun insanlarımızın həyatına ciddi təsiri ilə bağlı geniş çıxış etdi və bildirdi ki, AŞ PA bu məsələyə özünün münasibətini bildirməli və bu vəziyyətin aradan qalxması üçün addımlar atmalıdır: "Ermənistanı və onun nümayəndə heyətini kəskin tənqid edən məruzəçi rəsmi Yerevanın məsələni yerində araşdırmaq üçün onu işğal etdikləri Azərbaycan bölgələrinə buraxmamasını, məruzəçi ilə əməkdaşlıqdan imtina etməsini kəskin tənqid etdi. Qəbul edilən sənəddə Ermənistanın, erməni lobbisi və dəstəkçilərinin bütün səylərinə, düzəliş təkliflərinə baxmayaraq, onların əksəriyyəti qəbul edilmədi və bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi məsələsi birmənalı şəkildə sənəddə öz əksini tapır. Eyni zamanda qeyri-insani əməlləri. Rəsmi Yerevanı qeyri-insani əməllərdən əl çəkməyə çağıran sənədin qəbulu böyük bir uğurdur".
Q.Paşayeva hesab edir ki, Ermənistanla bərabər onların Avropadakı dəstəkçilərinin də Azərbaycan əleyhinə çox çalışmasına baxmayaraq, belə bir sənədin qəbulu çox ciddi məsələdir və bu kimi sənədlərin qəbulu istiqamətində Ermənistan, diaspor və lobbisi, dəstəkçi ölkələri və güclərinə rəğmən, Azərbaycan bütün beynəlxalq təşkilatlarda işi daha da gücləndirir ki, bu da çox önəmli məsələdir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info