10 ölkənin vətəndaşları fevralın 1-dən sadələşdirilmiş viza ilə təmin ediləcək
Tarix: 27.01.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə elektron turist vizalarının rəsmiləşdirilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin sektor müdiri Bəxtiyar Qılıncov, Xarici İşlər Nazirliyinin viza şöbəsinin müdiri Elmar Qədimov, Dövlət Miqrasiya Xidmətinin informasiya sisteminin baş inspektoru Hüseyn Bədəlov, həmçinin ölkəmizdə gəlmə turizmi sahəsində ixtisaslaşmış və elektron turist vizaları vermək hüququ olan 56 turizm şirkətinin nümayəndəsi iştirak edib.
Nazirlikdən bildirilib ki, tədbirdə Bəxtiyar Qılıncov çıxış edərək tədbir haqqında geniş məlumat verib. Bildirib ki, tədbirin əsas məqsədi ölkəmizdə gəlmə turizminin mövcud vəziyyəti, problem və perspektivləri, elektron viza sisteminin tətbiqinin bu sahənin inkişafına təsirinin müzakirə edilməsidir.
Bu istiqamətdə qəbul olunmuş sərəncam və qanunlardan söz açan B.Qılıncov deyib ki, elektron turist vizalarının verilməsi sisteminin işə düşməsindən sonra Avropadan ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Hazırda elektron vizaların verilməsi ən geci 10 iş günündə həyata keçirilir. Bu müddətin 5 iş gününə kimi azaldılması üçün Mədəniyyət və Turizm və Xarici İşlər nazirlikləri tərəfindən hazırlanan birgə təkliflər Nazirlər Kabinetinə göndərilib. Bununla bağlı yaxın gələcəkdə qanunvericilikdə dəyişiklik olunacağı gözlənilir.
Bildirdi ki, elektron viza sistemi fəaliyyətə başladığı gündən bu vaxtadək akkreditasiyadan keçmiş 56 turizm şirkəti tərəfindən 47477 turist üçün elektron viza rəsmiləşdirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.
Xarici İşlər Nazirliyinin viza şöbəsinin müdiri Elmar Qədimov elektron viza sisteminin fəaliyyətindən danışaraq bu sahədə turizm şirkətlərinə bir sıra tövsiyələr də verib. Qeyd edib ki, 2015-ci il ərzində turizm şirkətləri tərəfindən 24872 xarici turistə elektron viza verilməsini həyata keçiriblər. Ötən ilin noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq edilib. Həmin vaxtdan bu günə kimi 3 min nəfərdən çox Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı ölkəmizə turist səfəri edib.
Daha sonra turizm şirkətlərinin nümayəndələri üçün elektron vizaların rəsmiləşdirilməsi məsələləri ilə bağlı treninq keçirilib. Elektron viza verilişi zamanı ortaya çıxan problemlər və onların aradan qaldırılması yolları izah olunub.
Sonda turizm şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info