BANM-də Bərpaolunan enerji mühəndisliyi üzrə mərkəz yaradılıb
Tarix: 27.01.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Öz fəaliyyətində mütərəqqi yanaşmalara və ən müasir texnologiyaların tətbiqinə həmişə üstünlük verən Bakı Ali Neft Məktəbi (BANM) bu istiqamətdə növbəti addımı atıb.
Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70-illik yubileyinə həsr olunmuş nitqindən irəli gələn vəzifələrin icrası çərçivəsində qeyri-neft sektorunun inkişafına, zəngin ehtiyatlara malik ölkəmizin alternativ enerji mənbələrindən bəhrələnməsinə dəyərli töhfələr vermək məqsədilə ali məktəbin strukturunda Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi yaradılıb. Bu mərkəzin qarşısına qoyulan əsas vəzifələr günəş, külək, termal və bioloji enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində elmi-tədqiqatlar apararaq bu sahələrin inkişafının təmin edilməsinə yönəlmiş tövsiyələr işləyib hazırlamaq və “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, son illər ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir və belə enerji mənbələrindən istifadə ilə əlaqəli fənlər bir sıra universitetlərin müəyyən ixtisaslar üzrə tədris proqramlarının çərçivəsində tədris olunur. Lakin BANM-də mütəxəssis hazırlığının planlaşdırıldığı “Bərpaolunan enerji mühəndisliyi” ixtisası kompleks yanaşma əsasında hərtərəfli əsaslı biliklərə və təcrübəyə malik universal mühəndis kadrlarının yetişdirməsini nəzərdə tutur.
Bu məqsədə nail olmaq üçün Bakı Ali Neft Məktəbi Almaniyanın bu sahədə ixtisaslaşmış “E.ON” şirkətinin dəstəyini əldə edərək bu ölkənin Axen Universiteti ilə “Əməkdaşlıq arasında Razılaşma” imzalayıb. Razılaşmada Bakı Ali Neft Məktəbində müvafiq infrastrukturun yaradılması və müvafiq avadanlıqla təchiz olunması, elmi-tədqiqat işlərinin aparılması və mütəxəssis hazırlığında birgə fəaliyyət göstərilməsi əks olunub.
Bu istiqamətdə elmi-tədqiqat işlərinin və mütəxəssis hazırlığının həyata keçirilməsində kifayət qədər təcrübə əldə etmək üçün bir tərəfdən yuxarıda qeyd edilən strukturların elmi-metodiki yardımlarından istifadə edilməsi, digər tərəfdən isə müvafiq ixtisaslar üzrə xarici ölkələrdə ingilis dilində təhsil almış yüksəkixtisaslı mütəxəssislərin elmi və pedaqoji fəaliyyətə, onların xaricdə aparıcı elm və tədris mərkəzlərində stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarına cəlb olunması, bərpaolunan enerji mənbələrindən istifadəyə həsr olunmuş elmi forumlara ezam edilməsi nəzərdə tutulur.
Artıq sözügedən mərkəzin yaradılması istiqamətində işlər başlayıb, Bakı Ali Neft Məktəbinin tikintisi başa çatmaqda olan kampusunda mərkəz üçün məkan ayrılıb və ilkin kadr təyinatları həyata keçirilib.
Bu mərkəzin fəaliyyətində “elm-tədris-istehsalat” üçbucağı konsepsiyası əsas xətt kimi qəbul edilərək ölkənin elm, təhsil və sənaye müəssisələrinin və biznes strukturlarının vahid məqsəd uğrunda inteqrasiyasını təmin etmək prioritet vəzifə olacaq.

Nigar





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info