Torpaqların elektron uçotu sisteminin qurulması sahəsində tədbirlər görülür
Tarix: 27.01.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda torpaq fondunun dəqiq uçotu aparılması, vaxtilə verilmiş torpaq sahələri üzərindəki uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqların icrası istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi artıq bir sıra tədbirlər həyata keçirir. Ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə artıq başlanılıb və hazırda bu iş uğurla davam etdirilir.
Yanvarın 27-də Komitə tərəfindən Sistemin yaradılması istiqamətində görülən işlərlə bağlı İctimai Təqdimat keçirilib. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev təqdimat çərçivəsində Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması Layihəsi, bununla bağlı yerlərdə aparılan çöl-ölçmə işləri barədə məlumat verib və slaydlar nümayiş etdirib. Torpaqların texniki, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, qiymətləndirilməsi, faktiki və sənəd uyğunsuzluqların aradan qaldırılması və bu Sistemin ölkə iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına səmərəsi barədə ictimaiyyətə məlumat verilib.
Ramiz Quliyev bildirib ki, bu işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib: “Bu sahədə yeni texnologiyalar tətbiq edilir, müasir çöl-ölçmə cihaz və avadanlıqlarından, həmçinin coğrafi mövqeləndirmə stansiyaları və aerokosmik çəkiliş materiallarından istifadə olunur, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Torpaq tədqiqatı, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi ilə bağlı tədbirlər görülür”.
Xidmət rəisi qeyd edib ki, respublikanın 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi uğurla davam etdirilir və yaxın bir ay ərzində bu iş yekunlaşacaq: “Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır. Rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb. Hazırda Şəki rayonunda icra olunan kadastr layihəsi 2016-cı ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaqdır. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq. Bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb.
İnzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2019-cu ilin sonunadək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir”.
Xatırladaq ki, Uçot Sisteminin proqram təminatının yaradılması işinə ötən il başlanılıb və bu işin cari ildə yekunlaşdırılması nəzərdə tutulub. Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması nəticəsində respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info