“Yeni iş yerləri açmaqla dövlətimizə dəstək olmağa çalışacağıq”
Tarix: 27.01.2016 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“Əminəm ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda sahibkarların dinlənilməsi, problemlərimizin həlli yollarının müzakirəsi, səslənən təkliflər və layihələr yaxın gələcəkdə öz müsbət nəticəsini göstərəcək”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov deyib.
Həmin konfransda iştirak etdiyini söyləyən iş adamı bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin bu sahəyə nə qədər böyük önəm verdiyinin sübutudur. Güzəştlərin tətbiq olunması, yoxlamaların dayandırılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi, investisiyaların təşviqi və digər tədbirlər, ümumilikdə, bu sahənin inkişafına təkan verəcək.
“Son 5 ildə Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər nəticəsində ölkəmizdə quşçuluq sənayesi inkişaf edib. Hazırda biz özümüzü quşçuluq məhsulları ilə artıqlaması ilə təmin edirik. Hətta son illərdə bizim müəssisədə ixrac potensialı da yaranıb. Lakin, bu gün ölkəmizə xaricdən quş məhsulları idxal olunur. Bu isə biz sahibkarların işini çətinləşdirir. Çox istərdim ki, müvafiq qurumlar daxili bazarın qorunması istiqamətində daha ciddi addımlar atsınlar”, - deyə iş adamı qeyd edib.
“İmişli Quşçuluq” MMC-nin rəhbəri, həmçinin gələcək planlarından da danışıb: “MMC-nin fəaliyyəti daha da genişlədiriləcək. Yeni iş yerləri açmaqla məşğulluq problemlərinin həllində dövlətimizə dəstək olmağa çalışacağıq. Gələcəkdə yem zavodunun tikintisini başa çatdırmağı, istehsalı daha da artırmağı planlaşdırırıq”.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info