İ.Həbibbəyli: “Magistraturanı bitirənlərin 30 faizi doktoranturaya sənəd verir”
Tarix: 27.01.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


İndiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin “Elm haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.
Hazırda magistraturanı bitirən məzunların 20-25, maksimum halda 30 faizinin doktoranturada təhsil almaq üçün sənəd verdiyini deyən İ.Həbibbyəli qeyd edib ki, məzunların təxminən 70 faizi elmi fəaliyyətlərini davam etdirmək üçün doktoranturaya gəlmirlər: “Magistraturanın əsas məqsədi elmi fəaliyyəti və elmi-pedaqoji fəaliyyəti davam etdirməklə bağlıdır. Amma cəmiyyətdə buna fikir müxtəlifdir. Magistrlərin əksəriyyəti dövlət qulluğunda işlə təmin olunurlar. Biz magistrantların dövlət qulluğunda işlə təmin olunmasının əleyhinə deyilik. Amma indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır”.
İ.Həbibbəyli deyib ki, magistraturanı bitirən məzunların dövlət qulluğuna işə daxil olması AMEA, Təhsil Nazirliyi və ali məktəblərin gənc kadrları işə cəlb etməsinə müəyyən qədər maneə yaradır. Ona görə də layihədə gələcəkdə magistratura üzrə təhsilin iki istiqamət - ixtisas və tədqiqat magistraturası üzrə təşkil edilməsi təklif edilir.
İ.Həbibbəyli qeyd edib ki, ixtisas magistraturasında oxuyanlar bakalavr səviyyəsində ixtisasları üzrə aldıqları biliklərini magistratura səviyyəsində daha da artıracaqlar və bakalavrdan daha üstün mütəxəssis olacaqlar. Tədqiqat magistraturasıni bitirənlər isə elmi tədqiqat işi və elmi pedaqoji fəaliyyətlə məşğul ola, doktoranturaya sənəd verə bilərlər.
Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev isə bildirib ki, ixtisas magistraturasını bitirənlər elmi fəaliyyətlə məşğul ola bilməzlər. Bu isə onların sonradan elmi fəaliyyətlə məşğul olma istəklərini reallaşdırmağa imkan verməyəcək. Aparat rəhbəri bu baxımdan həmin halı düzgün hesab etməyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info