Tərtərdə mal-qaranın baş sayı artıb
Tarix: 27.01.2016 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir. Son illərdə rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, 2015-ci ildə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə 14 baş yüksək məhsuldar damazlıq heyvan satılıb. Rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1267 baş inək və düyə süni yolla mayalandırılıb, 738 baş sağlam cins buzov alınıb. Heyvanlar arasında süni mayalama tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasına, ət və süd istehsalının artmasına təsir göstərir.
Ötən il Tərtər rayonunda heyvanların baş sayında da artım müşahidə edilib. Rayon statistika idarəsindən verilən məlumata görə, 2015-ci ildə təsərrüfatlarda 26 min 567 baş iribuynuzlu mal-qara, 73 min 83 baş qoyun və keçi, 261 min 809 baş quş, 725 baş at, 2817 arı ailələri olub. Mal-qaranın 11 min 867 başını ana inək və camış təşkil edir.
Əvvəlki illə müqayisədə mal-qaranın sayı 1,5 faiz, qoyun və keçilər 1,6 faiz, quşlar 0,9 faiz, atlar 8,9 faiz, arı ailələri 4,2 faiz artıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info