Çinin fond bazarlarında növbəti enmə baş verib
Tarix: 27.01.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Neftin qiymətlərindəki enmələr Çin bazarlarına ciddi təsir edir

Neft qiymətlərinin mənfi dinamikaya qayıtması fonunda Çinin fond indeksləri 6-7% civarında aşağı düşüb. Verilən məlumata görə, alqı-satqı zamanı Şanxayın aparıcı birjası olan «Shanghai Composite»in indeksi 6,4 faiz, Şenzen Fond Birjasınınkı isə7,1 faiz enib. Xarici KİV-lər yazır ki, qlobal neft bazarında neft istehsalının tələbatdan artıq olmasının investorların əhvali-ruhiyyəsinə təsiri nəticəsində fond bazarlarında enmələr baş verir.
Qeyd edək ki, Çin iqtisadiyyatındakı bu tənəzzül də qlobal neft bazarındakı dəyişkənliklə bağlıdır. Belə ki, Çin dünya bazarında xam neftin ən böyük alıcılarından biridir. Xatırladaq ki, bu yaxınlarda neft qiymətlərinin enməsi ilə bağlı açıqlama verən Rusiya prezidenti Vladimir Putin də bunu etiraf etmişdi. O, birjalarda neftin ucuzlaşmasını Çin iqtisadiyyatının sürətdən düşməsi, bu ölkənin neftə olan tələbatının azalması ilə əlaqələndirmişdi. Doğrudur bazarda ucuz neft təklifi Çin üçün bir tərəfdən 100 milyardlarla dollara qənaət etmə imkanı yaratdı.Lakin digər tərəfdən, belə vəziyyət Çin iqtisadiyyatının zəifləməsinə gətirib çıxardı.
Əlbəttə, neftin ucuzlaşmasının arxasında bazarın ifrat təchizatı ilə yanaşı, ABŞ-da şist neft hasilatının artması, Səudiyyə Ərəbistanının bir müddət əvvəl eyham vursa da, hasilatı azaltmaqdan imtina etməsi kimi faktorlar da dayanır. Lakin bütün bunlara baxmayaraq, başlıca faktor tələbat olaraq qalır. Reallıq isə budur ki, ötən gündən başlayaraq «Brent» markalı neftin qiyməti 1.5 faiz enərək bir bareli 30.50 dollara, «WTI» markalı neft isə 2,62 faiz düşərək, 29,55 dollara təklif edilib.
Qeyd edk ki, Çin iqtisadiyyatındakı bu tənəzzül Asiyanın aparıcı bazarlarından da yan keçməyib. Belə ki, bu göstərici Yaponiyadakı «Nikkei»də 2 faiz, Asiya-Sakit Okean regionundakı MSCI-də 1,1 faiz enmə ilə müşahidə edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info