“Korrupsiya ilə məşğul olanlar ciddi şəkildə cəzalanacaq”
Tarix: 27.01.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda ötən illər ərzində korrupsiya və rüşvətxorluğa qarşı ciddi şəkildə mübarizə aparılıb və bu məsələ bu gün də diqqət mərkəzindədir.
Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, aparılan işlər nəticəsində ölkədə korrupsiya və rüşvətxorluq halları xeyli dərəcədə azalıb: “Hər kəs qanun qarşısında bərabərdir. Kimsə qanunu pozacaqsa, korrupsiya, rüşvətxorluqla məşğul olacaqsa, onlar ciddi şəkildə cəzalanacaqlar”.
S.Novruzov bildirib ki, Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi tapşırıqlar verdi: “Sahibkarların regionda sahibkarlıq fəaliyyətinə bəzi icra başçıları tərəfindən onlara şərait yaratmaq əvəzinə, maneələr yaradılırdı. Təbii ki, bu, hamısına deyil, bəzi məmurlara aiddir. Bu baxımdan göstəriş verildi ki, sahibkarlara şərait yaradılsın, istifadə olunmayan torpaqlardan ciddi şəkildə istifadə olunsun. Hər bir istehsal sahəsi haqqında Prezident İlham Əliyev göstəriş verdi ki, nəinki daxili bazarı təmin etməliyik, həm də ixrac etməliyik”.
S.Novruzov deyib ki, Azərbaycanda neftdən gələn gəlirlər hesabına xeyli sayda işlər görülüb: “Çoxlu sayda yeni məktəblər, xəstəxanalar tikilib, elektrik stansiyaları istifadəyə verilib ki, bu da Azərbaycana nəinki özünü tam elektrik enerjisi ilə təmin etmək, başqa ölkələrə satmaq imkanı da verib. O cümlədən, infrastuktur layihələri həyata keçirilib, yeni yollar, körpülər tikilib və digər sahələrdə böyük işlər görülüb. Bundan sonra daxili bazarın gücləndirilməsinə, yerli məhsulların yüksək keyfiyyətlə istehsal olunmasına, daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara ixrac olunmasına diqqət artırılmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info