Ağcabədidə müəllim işləyən bakılı qız
Tarix: 27.01.2016 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Firəngiz Məmmədli: “Kənd məktəblərində əmək fəaliyyətinə başlayan müəllimlərə kommunal xidmətləri ödəmək, kirayə haqqı, yol xərci və sair üçün kompensasiya verilir”
“İstəyirəm ki, pedaqoji ixtisasa yiyələnən gənclər heç nədən çəkinmədən gəlib ucqar kənd məktəblərində işləsinlər”
Respublikanın ümumtəhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Vakant yerlərdə işə başlamış müəllimlər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi gənc mütəxəssislərin ucqar kəndlərdə pedaqoji fəaliyyətə başlamağa həvəsləndirib. Təkcə ötən il Ağcabədi rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə 21 müəllim işə qəbul edilib. Belə müəllimlərdən biri də Ağcabədi rayonu Nəcəfqulubəyli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Bakı şəhər sakini Firəngiz Məmmədlidir. Firəngiz Məmmədli AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Bakı şəhəri, Nizami rayonu 220 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin biologiya fakültəsində təhsil alıb. 2015-ci ildə Təhsil Nazirliyinin müsabiqəsindən uğurla keçərək, ilk əmək fəaliyyətinə Ağcabədi rayonunun ən ucqar kəndlərindən olan Nəcəfqulubəyli kənd tam orta məktəbində başlayıb. Gənc müəllimə işindən razıdır. Deyir ki, kənddə yaşamaq və işləmək ilk vaxtlar bir qədər çətinlik yaratsa da, tezliklə yeni həyata uyğunlaşıb. Artıq heç bir çətinliyi yoxdur: “Yuxarı sinif şagirdlərinə biologiya fənnindən dərs deyirəm. Buradakı müəllimlərdən çox razıyam. Təcrübəli pedaqoq kimi mənə tövsiyələrini bildirir, bilmədiklərimi öyrədirlər”. Kənd məktəbinin binası yeni inşa edilib. Burada şagirdlərin təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Məktəbdə təhsilin səviyyəsi, şagirdlərin nizam-intizamı, dərsə davamiyyəti qənaətbəxşdir. Bir müəllim kimi ən böyük istəyi isə şagirdlərinin biliklərə mükəmməl yiyələnərək, yüksək nəticələrlə ali məktəblərə qəbul olmalarıdır. Firəngiz Məmmədlinin dərsdən sonrakı məişət qayğıları ilə tanış olmaq üçün yaşadığı evə yollandıq. Gənc müəllimə ev işlərini qurtardıqdan sonra boş vaxtını mütaliəyə həsr edir, növbəti gün keçəcəyi dərslərə hazırlaşır. Vətənin hər bir yerinin onun üçün əziz olduğunu deyən müsahib ucqar kənd məktəblərində işləmək istəməyənlərə də tövsiyələrini bildirib: “Gənc mütəxəssislərin kənd rayonlarında yerləşən məktəblərdə əmək fəaliyyətinə başlaması üçün dövlətimiz tərəfindən bir sıra həvəsləndirici tədbirlər həyata keçirilir. Həmin müəllimlərə kommunal xidmətləri ödəmək, kirayə haqqı, yol xərci və sair üçün kompensasiya verilir. İstəyirəm ki, pedaqoji ixtisasa yiyələnən gənclər heç nədən çəkinmədən gəlib ucqar kənd məktəblərində işləsinlər. Bu, bir qədər çətin olsa da, daha maraqlıdır”. Qeyd edək ki, son dörd ildə Ağcabədi rayonunun ümumtəhsil müəssisələrindəki vakant yerlərə Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada təşkil etdiyi müsabiqədən keçərək 76 müəllim gəlib. Görülən tədbirlər sayəsində rayonda müəllim çatışmazlığı problemi getdikcə həllini tapmaqdadır. Lakin yenə də bəzi məktəblərdə kimya, informatika, biologiya, coğrafiya fənləri üzrə ixtisaslı müəllimlərə ehtiyac var.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info