Regionlarda pambıqçılığa dəstək veriləcək
Tarix: 28.01.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Samir Şərifov: “Yeni mövsümdə pambıqçılıqla məşğul olan fermerlərdən pambığın alınması prosesinin təşkil edilməsi ilə bağlı işlər gedir”

“Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün imkanlar var”.
Bu barədə maliyyə naziri Samir Şərifov deyib. Maliyyə naziri bildirib ki, ölkədə fəaliyyətini dayandıran pambıq təmizləmə zavodlarının səmərəli fəaliyyət göstərməsi üçün bu məsələyə yenidən baxılmalıdır: “Cənab Prezident ənənəvi sahələrin inkişaf etdirilməsi məsələsinə toxunanda pambıqçılıq sahəsini xüsusilə vurğuladı. Hesab edirəm ki, bu sahənin inkişafı üçün imkanlarımız var. Fəaliyyətsiz olan bir neçə pambıqtəmizləmə zavodlarımız var. Məsələn, Sabirabadda, Saatlıda və sair. Bu zavodlarının səmərəli fəaliyyətinə yenidən baxılmalıdır. Biz bu zavodların canlandırılması yollarına baxmalı, regionlarda pambıqçılığa dəstək verməliyik. Düzdür, müəyyən fasilədən sonra fermerlərdən pambığın alınması prosesinə yenidən start verilib. İndi də yeni mövsümdə pambıqçılıqla məşğul olan fermerlərdən pambığın alınması prosesinin təşkil edilməsi ilə bağlı işlər gedir. Biz yenidən bu işlərə baxacağıq". Nazir icra hakimiyyəti başçılarına müraciət edərək deyib ki, onlar pambıqçılıqla məşğul olan fermerlərlə sıx təmasda olmalıdır. "İcra başçıları fermerlərlə münasibətlərinə yenidən baxmalıdır ki, görək, bu sxemləri necə qura bilərik. Pambıqçılıq bizim üçün vacib sahədir. Biz emalın daha üst pillələrinə çıxmalıyıq. Biz elə məhsul istehsal etməliyik ki, həm ölkə daxilində tələbatı ödəyək, həm də xaricə yüksək qiymətə sata bilək. İcra hakimiyyəti başçıları da bu məsələlərə diqqət yetirsin".




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info