“İslahatlar davam edir”
Tarix: 28.01.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Neftin qiymətinin kəskin düşməsi və manatın devalvasiyası nəticəsində yaranmış iqtisadi vəziyyətlə bağlı dövlət tərəfindən ciddi tədbirlər görülür. Əsas proritet isə islahatları daha da gücləndirməkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu məsələyə də toxundu.
Dövlət başçısı indiki vəziyyətdə əsas çıxış yolu kimi islahatları daha da dərinləşdirməkdə görür: “Görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.
Millət vəkili Aydın Mirzəzadə bizimlə söhbətində dedi ki, Azərbaycan məcburiyyət qarşısında özünün milli valyutasının ABŞ dollarına olan nisbətini iki dəfə devalvasiya etməli oldu: “Devalvasiya Azərbaycanda gedən iqtisadi proseslərin nəticəsində deyil, məhz xarici faktorlar nəticəsində oldu. Dövlət, ilk növbədə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün ciddi addımlar atacağını elan etdi və bu addımlar da atılır. Digər tərəfdən yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası çağırıldı. Orada maliyyə, bank sahəsində qanunvericiliyə bir sıra yeniliklər edildi. Eyni zamanda bazar münasibətləri tələb və təklifi öz yoluna qoya bilir”.
Aydın Mirzəzadə Azərbaycanda davamlı olaraq iqtisadi islahatların aparıldığını dedi: “Prinsipcə, Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən aparılır. Böyük özəlləşdirmə proqramının həyata keçirilməsi, Azərbaycanda sahibkarlar təbəqəsinin yaradılması üçün ciddi addımların atılması prosesi Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Cənab Prezident son çıxışlarında da iqtisadi islahatların aparılmasının vacibliyini xüsusi vurğulayıb. Bunun nəticəsidir ki, Azərbaycan büdcəsinə daxil olan gəlirlərin böyük bir hissəsi özəl sektorun payına düşür. Amma islahatlar bir dəfə aparılmaqla bitmir. İslahatlar daim aparılmaqda davam edir”.
Millət vəkili bildirdi ki, vaxtaşırı sahibkarların fəaliyyətini yaxşılaşdırmaq üçün qanunvericiliyə təşəbbüslər edilir: “Vergi və gömrük məcəllələrinə dəyişikliklər edilir. Dövlət xətti ilə sahibkarlara kreditlərin verilməsi artıq böyük bir praktika olub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə geniş şəbəkədə sahibkarlara yardım verilir və bu sistem davam etdirilir. Həmçinin ipoteka siyasətinin daha da dərinləşməsi üçün bir sıra addımlar atılıb və yenidən atılmaqda davam edəcək. Bütün bunlar hamısı həm islahatlar, həm də müsbət praktikanın möhkəmlənməsi nəticəsində mümkün olur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info