Gürcü larisi hər gün dəyərini itirir
Tarix: 28.01.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Yanvar ayında Gürcüstanın milli valyutası lari dollar qarşılığında xeyli dəyər itirib və gürcü ekspertlərin əksəriyyəti bunda Azərbaycan manatını günahlandırırlar.
Əgər dekabrın sonlarında 1 dolları 2,38 lariyə almaq mümkün idisə, hazırda 1 dollar 2,48 laridir. Yəni üzən məzənnəyə çoxdan keçmiş gürcü valyutası heç bir texniki müdaxilə olmadan, təbii yolla 1 ayda 1,79% dəyər itirib və gürcülər bundan çox narahat olublar. Real olaraq Gürcüstandan Azərbaycana ixrac elə də yüksək olmasa və təxminən 100 milyon dollar ətrafında dəyişsə də, gürcü ekspertlərin narahatlığının əsası var. Bu narahatlıq üç istiqamətdən qaynaqlanır. Birincisi, Gürcüstandan Azərbaycana hər il 50 min başa qədər iri buynuzlu mal-qara gətirilir. Yəni Gürcüstan Azərbaycanın ət idxal etdiyi əsas xarici ölkədir. İkincisi, Gürcüstandan Azərbaycana çox sayda ikinci əl avtomobillər gəlirdi. Həm də hər il Gürcüstana 1 milyona yaxın azərbaycanlı turist istirahətə gedirdi ki, onların bu ölkədə ildə təxminən 300 milyon dollar xərclədiyi vurğulanırdı. Yəni Azərbaycandan hər il Gürcüstana nağd yolla 500 milyon dollara yaxın pul axırdı və gürcü ekspertlərin dediyinə görə, indi bu pul əhəmiyyətli dərəcədə azalıb. Nəticədə, lari də əhəmiyyətli dərəcədə ucuzlaşmağa başlayıb. Ən çox zərər Gürcüstanın turizm sektoruna dəyib və bu qış azərbaycanlılar demək olar ki, ənənəvi olaraq getdikləri bu ünvana səfərləri xeyli azaldıblar.
Nigar





 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info