Ramadi şəhərində 50 nəfərdən çox hərbçi öldürülüb
Tarix: 28.01.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Ramadi şəhərinin şimal-şərqində “İŞİD” yaraqlılarının hücumu nəticəsində İraq ordusunun və şiə yaraqlılarının 50 əsgəri həlak olub.
TASS informasiya agentliyi xəbər verir ki, “İŞİD” yaraqlıları 10-dək minalanmış zirehli avtomobillə İraq ordusunun mövqelərinə hücum edib. Hərbçilər bir neçə avtomobili vurmağa nail olsa da, onların bir hissəsi briqadanın mövqeyinə çataraq partladılıb. Komandanlığın məlumatına görə, hücum nəticəsində 50 nəfərdən çox hərbçi həyatını itirib, 80-dək əsgər isə yaralanıb. “İŞİD” yaraqlılarının güclü hücumu İraq ordusunun Ramadi şəhərində hərbi əməliyyatların dayandırıldığını elan etməsindən bir gün sonra baş verib. Bu qərar şəhərdə gedən döyüşlərin həddən artıq uzanması səbəbindən mübarizə metodunun dəyişdirilməsi üçün verilib. İraq ordusu hələ 2015-ci ilin dekabrında “İŞİD” qruplaşmasını Ənbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərindən çıxarıldığını elan etmişdi. Lakin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya komandanlığının məlumatına əsasən, İraq ordusu Ramadi şəhərinin üçdə birindən də az hissəsini ələ keçirə bilib. Hökumət qüvvələrinin uzun müddət müvəffəqiyyət əldə edə bilməməsi Bağdadı əməliyyatları dayandırmağa və taktiki planını dəyişməyə məcbur edib. Xatırladaq ki, 2014-cü il yay aylarından başlayaraq “İŞİD” qruplaşması İraqın şimalında və qərbində aktiv hərbi əməliyyatlar aparır. Hökumət dünya ictimaiyyətinin dəstəyinə, beynəlxalq koalisiyanın hava zərbələrinə və cəbhədəki bəzi uğurlara baxmayaraq, vəziyyəti öz xeyrinə dəyişə bilmir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin: “Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info