Atletika üzrə Bakı birinciliyinin qalibləri
Tarix: 28.01.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Olimpiya Mərkəzində 2001-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında atletika üzrə Bakı birinciliyi keçirilib.
BŞGİBİ-dən bildiriblər ki, birincilikdə 6 klubdan 110 atlet mübarizə aparıb. Qızlar arasında Fəxriyyə Tağızadə 60, Yelena Pextireva 300, Sara Kərimova isə 1000 metr məsafəyə qaçış yarışlarında birinci olub. Nüvəitələmə yarışlarında Fatimə Musayeva, uzunluğa tullanmada isə Yelena Pextireva qızıl medal qazanıblar. Estafet qaçışında isə BTİ komandası birinci pillədə qərarlaşıb. Oğlanların mübarizəsində 60 metr məsafəyə qaçış yarışlarında Riyad Quluzadə fərqlənib. Orxan Ələkbərov 400, Sərvər Yılmaz isə 600 və 1000 metr məsafəyə qaçış yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nüvəitələmə yarışlarında Elnur Hacıyev, üçtəkənla tullanmada Rüstəm Məmmədov, uzunluğa tullanmada Sahib Əliyev qızıl medal qazanıblar. Oğlanların estafet qaçışı yarışında da BTİ komandası birinci olub. İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info