İran amerikalı sahibkarlarla işləməyə hazırdır
Tarix: 28.01.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


İtaliyada üçgünlük səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani dünən keçirdiyi mətbuat konfransında səfərin yekunlarına dair fikirlərini bölüşüb. Jurnalistlərin suallarını cavablandıran İranın dövlət başçısı xüsusilə ABŞ ilə əlaqələrə dair maraqlı proqnozlar verib.
O deyib: “Amerikalılar başa düşməlidirlər ki, sanksiyalar dövrü başa çatıb. ABŞ keçmişə deyil, gələcəyə baxmalıdır. Əgər amerikalı investorlar İranda çalışmaq istəyirlərsə, bizim tərəfdən bu istiqamətdə heç bir əngəl yoxdur. ABŞ şirkətləri ilə birgə işlər görməyə hazırıq”. Prezident İran xalçalarının və müxtəlif ənənəvi ərzaqlarının ABŞ-a ixracının da nəzərdə tutulduğunu qeyd edib. İtaliyaya səfərini önəmli hadisə kimi qiymətləndirən Həsən Ruhani italiyalıların çox qonaqpərvər olduqlarını bildirib. “Sanksiyaların başa çatması ilə biz qışı arxada qoyduq, yaza doğru ümidlə irəliləyirik. Daha geniş əməkdaşlıq və iqtisadi tərəqqi üçün artıq heç bir maneə yoxdur”, - deyə İran Prezidenti əlavə edib. Qeyd edək ki, Həsən Ruhani Qərbin İrana qarşı sanksiyaları götürməsindən sonra Avropada ilk səfərini İtaliyaya edib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info