Qazaxda “Akkord”un ikinci sement zavodu inşa ediləcək
Tarix: 28.01.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Balaxanı və Kürdəxanıda inşa edılən zavodlar bu ilin aprelində istismara veriləcək
Dünən “Caspian European Club” çərçivəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin iştirakı ilə biznes-forum təşkil olunub. “Caspian European Club”un sədrinin 1-ci müavini Telman Əliyev klubun yaranma tarixi və fəaliyyətindən söz açıb.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin baş direktoru Göksel Aybek rəhbərlik etdiyi şirkətin 10 il ərzində gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, "Akkord" beton, sement, mərmər, asfalt, kərpic və digər tikinti materialları sahəsində 11 istehsalat şirkətinə, həmçinin körpü, hidro və mülki tikintisi sektoru üzrə 3 şirkətə malikdir. Bir sıra xarici ölkələrdə, o cümlədən, Çin, Küveyt, İran, Rusiya və Omanda yeni layihələrə başlanılıb, Özbəkistan, Qazaxıstan, Türkiyə və Gürcüstanda yol və tikinti işləri ilə bağlı layihələr davam edir. Cari tikinti layihələri üzrə işlərin ümumi dəyəri 1,5 milyard AZN təşkil edir. Baş direktor deyib ki, növbəti illərdə 725 min kvadratmetr yaşayış və 80 min kvadratmetr qeyri-yaşayış sahəsinin inşası planlaşdırılır. Buraya Biləcəri, Xocahəsən, Badamdar, Mərdəkan və Novxanı qəsəbələrində yaşayış binaları da daxildir. Binalar əsaslı təmirdən sonra sakinlərə ipoteka krediti ilə də veriləcək. Vurğulanıb ki, bu il Qazax rayonunda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın ikinci sement zavodunun tikintisi planlaşdırılır. Ötən il şirkət tərəfindən 91 min ton klinker ixracatı həyata keçirilib. 2016-cı ildə isə 200 min ton klinkerin ixracatı üçün artıq müqavilə bağlanıb. Bundan əlavə, Balaxanı və Kürdəxanıda inşa edılən zavodlar 2016-cı ilin aprelində istismara veriləcək. Onun sözlərinə görə, şirkət öz fəaliyyət dairəsini daha da genişləndirərək, respublikamızın qeyri-neft sektorunun inkişafına daha böyük töhfələr verəcək. Biznes-forumda korporasiyanın yeni layihələrinin təqdimatı keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ali təhsil müəssisəsinin qədim tarixindən və bu təhsil ocağının nailiyyətlərindən danışıb. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təqdimatı keçirilib. Sonda “Caspian European Club” və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycan nefti bahalaşıb
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info