Bir neçə azərbaycanlı Rusiyanın “Əmlak kralları” siyahısında
Tarix: 28.01.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Onların əmlak icarəsindən qazandıqlarının həcmi 1 milyard 500 milyon dollardan çoxdur 
Dünyaca məşhur “Forbes” jurnalı Rusiyanın “Əmlak kralları”nın siyahısını açıqlayıb. Siyahıda 4 azərbaycanlı da yer alıb.
Siyahıya isə əslən Qubanın Qırmızı Qəsəbəsindən olan Zarax İliyev və Qod Nisanov başçılıq edirlər. Onların sahibi olduğu “Kievskaya ploşad” şirkətinə “Evropeyskiy” (109 000 kv. m), “Sadovod” (145 000 kv. m), “Fud Siti” (610 000 kv. m)  Ticarət Mərkəzlər, habelə “Radisson Royal Ukraina» oteli  daxildir. Bu obyektlərin hamısı onlar tərəfindən icarəyə verilib. İndiyədək icarədən gələn gəlir isə 1 milyard 150 milyon dollar təşkil edib.
Siyahıda Crocus Group-un sahibi Araz Ağalarov da yer alıb. Ağalarov “Krokus Ekspo” (680 000 kv. m) və “Vegas” Ticarət Mərkəzindən icarə haqqı kimi 365 milyon dollar qazanıb.
Siyahıdakı dördüncü həmyerlimiz isə Solomon Manaşirovdur. Manaşirov “Columbus” Ticarət Mərkəzindən (136 000 kv. m) icarə haqqı kimi 90 milyon dollar gəlir əldə edib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info