Auditorlar Palatası və Qafqaz Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
Tarix: 28.01.2016 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Auditorlar Palatası və Qafqaz Universiteti arasında imzalanan sazişə əsasən audit üzrə mütəxəssislərin hazırlanması, auditor işinin nəzəriyyə və praktikasının inkişaf etdirilməsi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı əlaqələrin zəruriliyii nəzərdə tutulub. Tətəflər sazişdə nəzərdə tutulmuş kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasların artırılması, maliyyə, mühasibat uçotu və audit sahələrində elmi tədqiqatların aparılması, qarşılıqlı məsləhətləşmə və ekspertizaların həyata keçirilməsi, informasiya mübadiləsinin bərqərar edilməsi, regional və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi kimi əsas məqsədlərə nail olunmasından ötrü tərəflərin professional imkanlarının genişləndirilməsinə yönəldilmiş qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün öz səylərini birləşdirirlər. Sazişə əsasən mühasiblərin və auditorların hazırlığı üzrə beynəlxalq proqramların mənimsənilməsi də daxil olmaqla, onlara təlim verilməsi sahəsində müştərək layihələrin həyata keçirilməsi. məzunların hazırlığı və onların işə düzəldilməsi üzrə müştərək proqramların reallaşdırılması, onların akademik və professional fəallığının stimullaşdırılması, təhsil zamanı əldə etdikləri biliklərin praktik istiqamətlərinin və konkretləşdirilməsinin gücləndirilməsi, razılaşdırılmış proqramlar üzrə Auditorlar Palatasının struktur bölmələrində Qafqaz Universiteti tələbələrinin istehsalat və diplomqabağı praktikasının təşkili və keçirilməsi, Tələbə elmi konfranslarının təşkilində iştirak, kurs və diplom işlərinin hazırlanması üçün bazanın təqdim olunması, Auditorlar Palatası onun üçün maraq kəsb edən mövzular üzrə tələbə elmi konfranslarının təşkilində iştirak, Auditorlar Palatası audit tematikası üzrə ən yaxşı kurs və diplom işləri üçün birdəfəlik mükafatların təyin edilməsi, Auditorlar Palatası öz bazasında onun üçün maraq kəsb edən diplom işlərinin yazılmasında təcrübə keçən tələbələrə şərait yaratmağı öz öhdəsinə götürməsi də nəzərdə tutulanlar arasındadır. Sazişin bağlanmasında hər iki tərəfdən nümayəndələr iştirak ediblər. Onlar əməkdaşlığın əhəmiyyətindən danışıblar.


Qorqud












 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info