Multikulturalizm xalqımızın həyat tərzinə çevrilib
Tarix: 28.01.2016 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb. Ölkəmiz dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır.
Bu fikirlər Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı keçirilən tədbirdə səsləndirilib. Tədbirdə çıxış edənlər multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıblar. Bildirilib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ölkəmizdə dini dözümlülük və tolerantlıq mədəniyyəti ümummilli lider Heydər Əliyev tərəfindən daha da möhkəmləndirilərək, dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Tolerantlıq, multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, həm də cəmiyyətin daxilinə sirayət edib, xalqımızın həyat tərzinə, gündəlik yaşayışına çevrilib. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri Qarabağ müharibəsi zamanı da erməni işğalçılarına qarşı çiyin-çiyinə döyüşüblər.
Çıxışlarda ölkəmizdə tarixən formalaşan və bu gün də davam edən multikulturalizm ənənələri yüksək qiymətləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info