“Öz işinə məsuliyyətlə yanaşmayanlar cəzalarını çəkməlidirlər”
Tarix: 28.01.2016 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“Artıq strukturlardan birdəfəlik imtina etmək lazımdır”

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev çıxış edərək bir sıra vacib məsələlərə toxunub. Azərbaycanın 2015-ci ildə iqtisadi inkişaf tempini saxladığını deyən ölkə başçısı ölkəmizin demokratiya yolu ilə inamla irəlilədiyini vurğulayıb.
O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik qorunur və xalqın, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Prezident onu da vurğulayıb ki, Azərbaycan xalqı sosial rifah və təhlükəsizlik şəraitində yaşmalıdır.Görülən bütün işlərin məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq.
Prezident xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir. Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir.
Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərməkdir.
Siyasi şərhçi Arzu Nağıyev Prezidentin çıxışında toxunduğu məsələlərdə açıq və xəbərdarlıq xarakterli mesaj olduğunu düşünür. Onun fikrincə, ölkə başçısı həmişə olduğu kimi bu dəfə də vətəndaşların maraqlarının hər şeydən üstün olduğunu göstərdi. Arzu Nağıyev bir sıra təklif və tövsiyələrini də verdi:
“Düşünürəm ki, Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi bütün müşavirələrdə səsləndirdiyi təkliflərin əsas məqsədi vətəndaşların rifah halının yüksəldilməsidir. Bu gün artıq bu istiqamətdə müsbət addımların atıldığının şahidi oluruq. Milli valyutamızın dirçəlməsi iqtisadiyyatımızın inkişafı deməkdir. Bundan başqa əsas mühüm istiqamətlərdən biri də struktur islahatları və inhisarçılığın tam aradan qaldırılmasıdır. Yəni, idxal-ixrac əməliyyatlarında şəffaflıq tam təmin olunmalıdır. Təbii ki, bu məsələlərin həlli məmurlar və iş adamlarından başqa bu işləri tənzimləyən qurumlardan da asılıdır. Məhz bu qurumlarda müvafiq struktur dəyişiklikləri aparmaq vacibdir. Bunun üçün inzibati tədbirlərlə yanaşı, maliyyə sektoru da tənzimlənməlidir”.
Arzu Nağıyev deyir ki, bank sektoruna inamı artırmaq, vətəndaşların əmanətlərini qorumaq gərəkdir. Vacib məsələlərdən biri isə yeni iş yerlərinin açılması, kəndli-fermer təsərrüfatlarının inkişafı üçün şərait yaradılmasıdır: “O cümlədən də xarici investorlar üçün şəffaflığı təmin etmək, artıq strukturlardan birdəfəlik imtina etmək lazımdır. Bundan başqa Prezidentin qarşıya qoyduğu məsələləri həyata keçirmək üçün düşünürəm ki, kəndli torpağa qayıtmalıdır və bu istiqamətdə mühüm addımlar atılmalı və şərait yaradılmalıdır. Ən əsas məsələlərdən biri də Dağlıq Qarabağın təmas kəndlərində, Ermənistanla həmsərhəd kəndlərdə qeydiyyatdan keçən və fəaliyyət göstərən istənilən iqtisadi qurumlar bütün növ vergidən azad olunmalıdır”.
Prezidentin məmurların xalqla bir yerdə olması ilə bağlı çağırışına da toxunan Arzu Nağıyev bunun bəzi məmurlar üçün son tapşırıq olduğunu dedi: “Ölkə başçısı İlham Əliyevin çıxışlarında əsas məqamlar onu göstərir ki, hakimiyyətin apardığı siyasətin prioritet istiqaməti Azərbaycan xalqının rifahına yönəlib. Bu şəraitdə hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Təbii ki, kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, "xalqın birinci xidmətçisi mənəm". Bu, bir ibrətamiz məsləhət, tələb kimi səslənir. Hər bir məmur da bundan özü üçün müvafiq nəticə çıxarmalıdır. Bundan başqa hər bir məmurun, icra strukturunun özü və ailə üzvləri də insanların həyatı ilə yaşamalı, onların problemlərinə biganə yanaşmamalı, diqqətli olmalı, problemlərin həllində peşəkarlıq və diqqət nümayiş etdirməlidir. Bir sözlə, öz işinə məsuliyyətlə yanaşmayan məmurlar cəzalarını çəkməlidirlər.”
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info