“Bank of Azerbaijan“ın 6 599 əmanətçisi kompensasiya alacaq 
Tarix: 28.01.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


"Bank of Azerbaijan"ın 6 599 əmanətçisi Azərbaycanın Əmanətlərin Sığortalanması Fondundan (ADIF) kompensasiya alacaq. Bu barədə fondun icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ADIF yanvarın 29-dan bankın əmanətçilərinə kompensasiya verməyə başlayacaq: "Bankın cəmi 7 432 əmanətçisi var, bunun 6 599-u 24 199,448 min manat dəyərində kompensasiya alacaq".
A.Cavadov qeyd edib ki, qüvvədə olan qanunvericiliyə əsasən, sığortalanan əmanətin maksimum həcmi 30 min manatdır: "Əgər hansısa müştərinin 50 min manat dəyərində əmanəti varsa, 30 min manatı fond tərəfindən qaytarılacaq, qalan vəsait isə şirkət-ləğvedici (bankın vəsaitləri hesabına) tərəfindən qaytarılacaq. Kompensasiyaların verilməsi üçün artıq agent banklar müəyyənləşdirilib. Belə ki, kompensasiyaları "Muğanbank"da, Naxçıvan Muxtar Respublikasında isə "Rabitəbank"ın filialları vasitəsilə almaq mümkün olacaq".
Onun sözlərinə görə, kompensasiyaların verilməsinə başlanılması üçün hazırlıq işləri artıq tam yekunlaşıb: "Reyestrlər bu gün banklara veriləcək, vəsaitlər də bu gün banklara köçürüləcək ki, onlar sabahdan ödənişə başlaya bilsinlər. Əmanətlər yerləşdirildiyi valyutada qaytarılacaq. Multivalyuta əmanətləri olarsa, bankın müştərisinə 30 min manatı ötməmək şərtilə sığorta halı zamanı Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla kompensasiya ödəniləcək".
A.Cavadov əlavə edib ki, "Bank of Azerbaijan"da əmanətlərin əsas hissəsi milli valyutada yerləşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu
23.01.2019
Bank İsmayıllı filialı üçün işçi axtarır
23.01.2019
Vergilər Nazirliyi ilə AQTA Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb
23.01.2019
“Azexport” portalının xüsusi buraxılışı nəşr edilib
23.01.2019
Bank işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info