“Azərbaycan tolerant ölkə olmaqla bu gün dünyanın diqqət mərkəzindədir”
Tarix: 28.01.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Silahlı Qüvvələrinin birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti kafedraların rəisləri ilə keçirilən təlim-metodiki toplantısı keçirilib. Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, İdarə rəisinin müavini, polkovnik Abdulla Qurbani iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin (MN) idarə rəisinin müavini A. Qurbani  Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə cari il üçün birgə tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, plana uyğun olaraq, bu cür tədbirlər həyata keçirilir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. M.Qurbanlı Silahlı Qüvvələrimizdə həyata keçirilən uğurlu islahatlardan, hərbi, ideoloji işin təşkilində din amilinin rolundan danışıb. Qeyd edib ki, Azərbaycan tolerant ölkə olmaqla bu gün dünyanın diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi barədə Sərəncamı nəinki xalqımız, eləcə də dünyanın bir sıra ölkələri tərəfindən rəğbətlə qarşılanıb və ölkəmizin nüfuzunu daha da artırıb. Azərbaycanın islam ölkəsi olduğunu diqqətə çatdıran Komitə sədri onu da bildirib ki, xalqımız hər zaman öz milli və dini adət-ənənələrinə sadiq olub.
DQİDK-nın sədri vurğulayıb ki, ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan verilməyəcək. M. Qurbanlının sözlərinə görə, Azərbaycanda radikal dini qruplara 3 istiqamətdə - inzibati, iqtisadi və  ideoloji-təbliğati yolla mübarizə aparılır və bu, öz müsbət nəticəsini verməkdədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info