Xaçmazda 722 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib
Tarix: 28.01.2016 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Yalamada 523 hektar ərazidə “Yalama Aqropark”ı yaradılıb


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayev Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar iştirak edib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda görülmüş işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində Xaçmaz rayonunda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.
Görüşdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd etmişdir ki, son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik, eləcə də mənfi xarici iqtisadi təsirlərin uzunmüddətli xarakter alması nəzərə alınaraq, milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin etmək mümkün olmuşdur. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmiş, bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılıb.
Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.
İstehlak bazarına xüsusi diqqət göstərildiyini vurğulayan nazir Şahin Mustafayev süni qiymət artımının qarşısının alınması zəruriliyini qeyd edib.
Bu günlərdə keçirilən 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev qarşıdakı illərdə regionların inkişafı ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqların icrası ölkənin, eləcə də onun ayrı-ayrı regionlarının inkişafı üçün böyük imkanlar yaradır.
Xaçmaz rayonunda dövlətin dəstəyi ilə görülən işlər barədə danışan nazir Şahin Mustafayev bildirib ki, rayonun 87 yaşayış məntəqəsi qazla təchiz olunmuş, 2 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonun su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılmış, su anbarları tikilmiş, kənd yollar çəkilmiş və ya yenidən qurulub. Hazırda Gəndab-Rusiya Federasiyası sərhəddinədək avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsinin tikintisi davam etdirilir. Rayonda 44 məktəb, 2 uşaq bağçası, 11 səhiyyə və 12 mədəniyyət obyekti tikilmış və ya əsaslı təmir olunmuş, şəhid ailələrinin və əlillərin mənzil şəraiti yaxşılaşdırılıb. Bir sıra sosial obyektlərin tikintisi hazırda da davam etdirilir. Rayonda 610-dan artıq yeni müəssisə və təşkilat yaradılmış, 14,7 mindən çoxu daimi olmaqla, 21,6 mindən artıq yeni iş yeri açılıb.
İndiyədək Xaçmaz rayonu üzrə 722 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilmişdir. Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə “Yalama Aqropark”ı yaradılıb. Hazırda aqroparkda 100 nəfər çalışır və icrası davam edən süd emalı zavodunun, müasir istixana kompleksinin və intensiv bağçılıq təsərrüfatının reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Bununla belə, Xaçmaz rayonunun potensialı daha böyükdür. Belə ki, rayonda süd emalı müəssisəsinin, istixana təsərrüfatlarının, intensiv taxılçılıq və bağçılıq təsərrüfatlarının, “yaşıl market”lərin və s. sahələrin yaradılması üçün real imkanlar var.
Görüşdə əkin sahələrinin suvarılması, emal güclərinin artırılması, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, turizm obyektlərinin qış mövsümündə qazla təminatı, iri fermer və taxılçılıq təsərrüfatlarının yaradılması və s. məsələlər barədə müraciətlər, problemlər və təkliflər səsləndirilib. Nazir Şahin Mustafayev bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və reallaşdırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirib.
Görüş iştirakçıları regionlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

İlkin AĞAYEV
















 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info