İstehlakçı hüquqlarının rayonlarda qorunması ilə bağlı maarifləndirmə
Tarix: 28.01.2016 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


İstehlakçıların hüquqlarının müdafiəsi tədbirləri çərçivəsində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Siyəzən rayonunda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə konfrans keçirilib.
“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısından bəhs edib, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin formalaşdırıldığını diqqətə çatdırıb. Bildirilib ki, insanların müxtəlif mallara, xidmətlərə olan tələbatının keyfiyyətcə dəyişməsi, istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsi bu sahədə maarifləndirmə tədbirlərinin önəmini artırır.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işləri diqqətə çatdıran rəis müavini ötən il istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda 30-a yaxın konfrans, dəyirmi masa və seminar keçirilib. İstehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 85 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb.
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib. Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info