İtaliya Prezidenti Nizami Gəncəvi Mərkəzinin üzvlərini qəbul edib
Tarix: 28.01.2016 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Yanvarın 27-də İtaliya Respublikasının Prezidenti Sergio Mattarella  Prezident Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzin nümayəndə heyətini qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, qəbul mərasimi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan "Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab" mövzusunda Yüksək Səviyyəli Hazırlıq Görüşü çərçivəsində baş tutub.
Qəbulda iştirak edənlər sırasında Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti Giorge İvanov, İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da qəbulda iştirak edib.
Mərasimdə nitq söyləyən İtaliya Prezidenti Sergio Mattarella müasir dünyada anti-tolerantlıq, zorakılıq, fərqlilərə qarşı nifrətə yer olmadığını qeyd edərək, daha yaxşı dünya üçün bu kimi qlobal problemlərin aradan qaldırılmasının zəruri olduğunu bildirib. Prezident Orta Şərqdə , Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bəzi şəhərlərində ölümlərə səbəb olan bu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini vurğulayıb. “Dinlərarası dialoq və hörmət birgə yaşayışın mühüm elementidir. Terrorizm həm də sivilizasiyalar alyansına ziddir” deyə İtaliya Prezidenti bildirib. Prezident sonda öz çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.
Latviyanın sabiq prezidenti VayraVike-Frayberqa öz çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Mərkəz fəaliyyətində münaqişələrin qarşısının alınması və dinlərarası dialoqların təşkilinə böyük önəm verir. Dini fanatizmin tarixən səbəb olduğu münaqişələrdən , müxtəlif dini cərəyanların nümayəndələrinin dindən müharibə vasitəsi kim istifadə etməsindən danışan xanım Frayberqa ekstremist baxışlı siyasi və dini fanatiklərin sivil cəmiyyətlərin düşmənləri olduğunu qeyd edib.
NGBM-in həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin dünyada mövcud aktual məsələlərin müzakirəsi üçün bu görüşün yüksək əhəmiyyətə malik olduğunu bildirib.Səragəldin Avropanı bürüyən qaçqın böhranı məsələsinə toxunub və bu sahədə kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. O, bu sahədə müxtəlif konfessiyaların humanizm prinsiplərindən çıxış edərək qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməli olduqlarını diqqətə çatdırıb.
İtaliyanın sabiq xarici İşlər naziri Franko Frattini isə nifrət və zorakılığa qarşı "İnsanlıq Paktının" mümkün qədər tez imzalanmasınının labüdlüyünü bildirib. “Mədəniyyətlər arası dialoq və tolerantlıq düşmənçiliyin qarşısını ala biləcək yeganə qayadır” deyə sabiq Xarici İşlər naziri qeyd edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info