Şəhriyar Məmmədyarov şahmat festivalının onuncu turunda heç-heçə edib
Tarix: 29.01.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən 78-ci “Tata Steel Chess” beynəlxalq şahmat festivalında onuncu tura yekun vurulub. Artıq festivalın başa çatmasına üç tur qalıb.
Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, “Tata Steel Masters” turnirində mübarizə aparan Şəhriyar Məmmədyarov onuncu turda Çexiya təmsilçisi David Navara ilə qarşılaşıb. Görüşdə heç-heçə qeydə alınıb. Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç), Uesli So (ABŞ) - Yevgeni Tomaşevski (Rusiya), Din Lijen (Çin) - Lyuk van Veli (Hollandiya) görüşlərində də qalib müəyyənləşməyib. Digər oyunlarda İngiltərə şahmatçısı Maykl Adams rusiyalı Sergey Karyakini, ukraynalı Pavel Elyanov çinli Hou İfanı, ABŞ təmsilçisi Fabiano Karuana çinli Vey İni məğlub edib. Beləliklə, 10 turdan sonra Ş.Məmmədyarov 5 xalla 7-8-ci yerləri bölüşdürür. Növbəti turda Şəhriyar Məmmədyarovun rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olacaq. “Tata Steel Chess-Challengers” turnirində yarışan Eltac Səfərli 10-cu turda Hindistan təmsilçisi Adhiban Baskarana məğlub olub. Nicat Abasov isə Niderland şahmatçısı Anne Haast üzərində qələbə qazanıb. E.Səfərli 6,5 xalla üçüncü pillədədir. Aktivində 5 xal olan Nicat Abasov isə 6-8-ci yerləri bölüşdürür.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info