“Gəncədə Cənubi Qafqazın ən böyük bazarını tikirik”
Tarix: 29.01.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin iştirakı ilə keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə iqtisadiyyatı üçün mühüm məsələlər müzakirə olundu. Dövlətimizin başçısı sahibkarları dinlədi, bir çox təkliflər səsləndi, problemlərimizin həlli yolları müzakirə edildi. Ümid edirəm ki, bu tədbirin yekunu olaraq qəbul ediləcək qərarlar həm ölkə iqtisadiyyatının inkişafına təkan verəcək, həm də yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində həmin konfransın iştirakçısı olan “Gəncə Bazar Store”nin direktoru İsmayıl Hüseynov deyib. İş adamı bildirib ki, bu gün dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycandan da təsirsiz ötüşməyib. Dövlətimizin başçısı da bu təsirin minimuma endirilməsi üçün çalışır. Ona görə də ölkədə qeyri-neft sektorunun inkişafını, yeni iş yerlərinin yaradılmasını əsas vəzifə kimi qarşıya qoyub. Son vaxtlar verilən qərarlar da göstərir ki, dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev də bunu dəfələrlə bəyan edib. Konfransda bildirildi ki, ölkə iqtisadiyyatı 2016-cı ildə də inkişaf edəcək, yeni iş yerləri, sənaye müəssisələri yaradılacaq. Biz sahibkarlar da bu işdə dövlətimizə öz dəstəyimizi göstərməliyik. “Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlər sayəsində Gəncədə yeni üslubda, ikimərtəbəli böyük bazar tikirik. “Gəncə Bazar Store” böyüklüyünə görə Cənubi Qafqazda bir nömrəli bazar olacaq. Ümumi sahəsi 18 hektar təşkil edəcək bazarın inşasının ilin ikinci rübünədək başa çatdırılmasını nəzərdə tuturuq. Hazırda sahibkarlarla danışıqlar aparılır. Tikinti tam başa çatandan sonra biz onlara yerləri sərfəli şərtlərlə icarəyə verəcəyik. Bu, həm də əlavə iş yerlərinin yaradılması deməkdir”, - deyə iş adamı vurğulayıb. Qeyd edək ki, 16 birmərtəbəli və 18 ikimərtəbəli binalardan ibarət olacaq bazarda 810 mağaza fəaliyyət göstərəcək. Bazarda həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə alıcılara təklif ediləcək. Bütövlükdə bazarda kənd təsərrüfatı məhsullarının satışı üçün 104 bölmə nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info