Siyəzəndə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni evlər tikilib
Tarix: 29.01.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Siyəzən rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən üç fərdi evin inşası yekunlaşıb. Tezliklə istifadəyə veriləcək evlərdən ikisi üç, biri isə ikiotaqlıdır.
Evlərin hər üçü Siyəzən şəhəri ərazisində inşa olunub. Həyətyanı torpaq sahəsinin də ayrıldığı evlər elektrik enerjisi, istilik sistemi və digər zəruri məişət avadanlıqları ilə təmin olunub. Yeni tikilən evlərdən birinin sahibi III qrup Qarabağ müharibəsi əlili Bəhram Həsənovdur. O, Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə çoxsaylı qəlpə yaraları alıb. Yeni evindən çox razı qalan B.Həsənov əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Yaxın gələcəkdə rayonda bu kateqoriyadan olan digər əlillər və şəhid ailələri də mərhələlərlə yeni fərdi evlər və mənzillərlə təmin ediləcəklər. Ümumiyyətlə, son illər Siyəzən rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 16 mənzilli bir bina və 3 fərdi ev tikilib istifadəyə verilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info