Stanislav Belkovski: “Postsovet məkanında inteqrasiya üçün heç bir siyasi-iqtisadi əsas yoxdur”
Tarix: 20.02.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


“Respublika KZ” nəşri: “İndi daha çox əks
proses-postsovet məkanında 90-cı illərdə əldə
edilmiş birlikdən dezinteqrasiya prosesi gedir”

Rusiya dövlət başçısı Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) üzvlərini postsovet məkanındakı inteqrasiya proseslərini müdafiə etməyə çağırıb. Putin çıxışında bildirib ki, xarici dövlətlər postsovet məkanındakı inteqrasiya prosesini əngəlləməyə çalışırlar. Təhlükə o qədər böyükdür ki, Putin FSB-dəki əməkdaşlardan Rusiya və onun tərəfdaşlarının sıx əməkdaşlıq hüququnu qorumağı xahiş edib. Gömrük İttifaqının kimdən qorunmağa ehtiyacı var? Qazaxıstanın «Respublika KZ» nəşri Milli Strategiya İnstitutunun direktoru Stanislav Belkovski ilə bu məsələni müzakirə edib. Politoloq müsahibəsində bildirib ki, postsovet məkanındakı inteqrasiya prosesinin müdafiə olunmağa ehtiyacı yoxdur: “Hesab edirəm ki, siyasi səviyyədə heç bir problem yoxdur. Çünki alyans ola bilməz. Məsələ ondadır ki, postsovet ölkələrinin maraqları kardinal şəkildə fərqlənir. Bu prosesin subyektlərinin strateji maraqları inteqrasiya prosesi ilə üst-üstə düşmür. Qazaxıstan daha çox ABŞ-la, Ukrayna isə ABŞ və Avropa ilə əməkdaşlığa üstünlük verir. Ona görə də inteqrasiya prosesi Rusiyadan başqa heç kimə lazım deyil. İnteqrasiya prosesi üçün heç bir siyasi-iqtisadi əsas yoxdur». Ekspert hesab edir ki, Qərbin bu məsələdən narahatlıq keçirməsinə, Hillari Klintonun SSRİ-nin iqtisadi birlik adı altında bərpa edilməsinə imkan verilməyəcəyini bəyan etməsinə ehtiyac yoxdur: «Bunlar hamısı boş söhbətlərdir. Heç kim SSRİ-ni bərpa etmir. Biz SSRİ-nin bərpası üçün heç bir əsas və əlamət görmürük. Bu, sadəcə olaraq siyasi oyun qaydalarıdır. İnteqrasiya prosesində biz heç bir proqres görmürük, daha çox əks proses-postsovet məkanında 90-cı illərdə əldə edilmiş birlikdən dezinteqrasiya prosesi gedir. Avropa İttifaqının Gömrük İttifaqını rəqib kimi görməsinin heç bir əsası yoxdur. Onların arasında real rəqabət yoxdur. Gömrük İttifaqı forma və mahiyyətinə görə aydın deyil. Bu birlik subyektlərə heç bir siyasi-iqtisadi üstünlük vermir. Gömrük İttifaqı heç bir halda Avropa İttifaqı ilə rəqabət apara bilməz.» Politoloq müsahibəsində qeyd edib ki, FSB-yə radikal qüvvələrin internetdəki təbliğatının qarşısını alınması ilə bağlı verilən təlimatın arxasında siyasi müxalifətin çıxışlarının qarşısını almaq niyyəti dayanır: «Putin o qədər də radikal əhvali-ruhiyyədə deyil. Sadəcə lazım olan kontekstdə görünməyə çalışır». Müsahibəsinin sonunda Rusiya Dövlət Dumasında müzakirə olunan qanun layihəsinə də münasibət açıqlayan ekspert bildirib ki, burada əsas məqsəd diqqəti bəzi məsələlərdən yayındırmaqdır: «Müzakirə olunan layihəyə əsasən, ictimai xadimlərin icazəsi olmadan mətbuatın onlar haqqında informasiya yayması qadağan olunacaq. Əslində bu məsələni ona görə ortaya atdılar ki, diqqəti dəmiryolu, səhiyyə və təhsil sahəsindəki islahatlardan yayındırsınlar. Faktiki olaraq sovetdən qalma pulsuz təhsil və səhiyyəni məhv edirlər. Dəmiryolunda gediş haqları isə artırılıb. Digər tərəfdən, aktyorlar da ağını çıxarıblar. Əgər sən məşhur ictimai fiqursansa, mətbuatın diqqət mərkəzində olacağına hazır olmalısan. Şəxsi həyatlarının mətbuatın hədəfində olmasını istəmirlərsə, onda kilsəyə getsinlər».
ANAR




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info