Sağlam media cəmiyyətin sabitliyinə xidmət edir
Tarix: 29.01.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Gənc Politoloqlar Mərkəzi növbəti seminar-treninqini keçirib. Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması" layihəsi çərçivəsində keçirilən treninq-seminarda ekspertlər və KİV nümayəndələri iştirak edirdilər. Tədbirin mövzusu “Demokratik cəmiyyətdə iqtidar-müxalifət münasibətlərinin işıqlandırılması” adlanırdı.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev tədbir iştirakçılarına “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” layihəsi barədə məlumat verdi: “Bu layihə çərçivəsində keçirilən treninqlərin əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan jurnalistlərin siyasi və hüquqi biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir. Həmçinin layihənin əsas vəzifəsi peşəkar jurnalistlərin yetişməsinə kömək etməkdir. İctimai-siyasi mövzular üzrə aktuallıq kəsb edən bu cür seminar-treninqlərin keçirilməsi gənc jurnalistlərin təkmilləşməsinə töhfə verəcək”. Qafar Əliyev gənc jurnalistlərin bu layihə çərçivəsində daha da təkmilləşəcəyini, eyni zamanda, onlar üçün faydalı ola biləcəyini də bildirdi.
Sektor müdiri bildirdi ki, son baş verən gözlənilməz iqtisadi vəziyyətdə sağlam media dövlətin mövqeyini müdafiə etməklə cəmiyyətin sabitliyinə xidmət etdi: “İndiki vəziyyətdə dövlət bütün lazımı addımları atır ki, xalqın rifah halı yaxşılaşsın. Bu görülən işlər də şəffaf şəkildə KİV tərəfindən işıqlandırılır”.
Seminar-treninqdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, milli mətbuatımızın tarixi 140 il öncəyə söykənsə də, Azərbaycanda müstəqil jurnalistika və eyni zamanda siyasi jurnalistikanın formalaşması prosesi müasir dövrə təsadüf edir.
Baş redaktorun fikrincə, kimliyindən asılı olmayaraq jurnalist hər şeydən öncə dövlətçilik, vətəndaşlıq mövqeyini ortaya qoymalıdır: “Jurnalist, eyni zamanda ictimai nəzarət işinin aparılmasında da yaxından iştirak etməlidir. Nəzərə almaq lazımdır ki, mərkəzi, yerli və yerli özünüidarəetmə orqanları yanında yaradılan İctimai şuralarda jurnalistlər də təmsil olunurlar. Cənab Prezident öz çıxışlarında demokratik cəmiyyətin formalaşmasında KİV-in rolunu xüsusi vurğulayıb. Mətbuat da ümumxalq məsələlərində doğru münasibəti sərgiləməyə borcludur ”.
Millət vəkili Hikmət Babaoğlu belə görüşlərin keçirilməsinin KİV nümayəndələri üçün olduqca əhəmiyyətli olduğunu dedi: “Jurnalistikanın bir funksiyası da maarifləndirməkdir və hazırda Azərbaycan mediasında bu proses gedir. Həmçinin jurnalistlərin özlərinin də maariflənməsi vacib amildir”. Hikmət Babaoğlunun sözlərinə görə, devalvasiyadan sonra baş verən ictimai-siyasi proseslərdə Azərbaycanda informasiya məkanı mükəmməl şəkildə idarə olundu: “Müxalifət mediası çalışırdı ki, ictimai-siyasi gərginlik yaratsın. Amma bu istəklərinə çata bilmədilər. Milli mediamız burada elə davrandı ki, heç müxalifətin bu prosesə daxil olmağına, yeni ictimai cərəyanın formalaşmasına zəmin yaranmadı”.
Mövzu ətrafında müzakirələr aparıldı. Bu layihənin jurnalistlərin maariflənməsi baxımdan rolu xüsusi qeyd olundu.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info