“Avtovağzal” və “Memar Əcəmi 2” stansiyalarının açılışı eyni vaxtda olacaq
Tarix: 29.01.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteninin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları 2016-cı ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək. Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hazırda hər iki stansiyada avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir. N.Paşayev qeyd edib ki, tikinti işləri qrafikə uyğun aparılır: “Hər iki stansiyanın açılışı eyni vaxtda planlaşdırılır. Yenı stansiyalarda fiziki qüsurlu insanların rahatlığı üçün liftlər quraşdırılıb. Rabitə, işarəvermə, elektrik və havalandırma işləri yekunlaşandan sonra stansiyaların açılışını etmək olar”. Onu da qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında “donuz qripi” (H1N1) əleyhinə dezinfeksiya işləri aparılacaq. Nəsimi Paşayevin sözlərinə görə, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidməti tərəfindən "Bakı Metropoliteni" QSC-nə müraciət olunub. Müraciət müsbət cavablanıdırılıb və yaxın zamanlarda metrodan istifadə edən sərnişinlərin sağlamlığı üçün bütün stansiyalarda dezinfeksiya işləri aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
17.09.2018
Bu ildən Aqrar Universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr işlə təmin olunacaqlar
17.09.2018
Murad Həsənli: “Bir qrup gənclə qan verməyi planlaşdırmışıq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info