Balaxanı və Kürdəxanıda yeni zavodlar istifadəyə veriləcək
Tarix: 29.01.2016 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Bu il "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Balaxanı qəsəbəsində fasad materialları istehsal edən, Kürdəxanı qəsəbəsində isə yeni plastik qapı-pəncərə zavodu istifadəyə verəcək.
Bunu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin baş direktoru Göksel Aybek bildirib. Onun sözlərinə görə, bununla əlaqədar şirkətə yeni işçilər cəlb olunacaq. Ümumiyyətlə isə "Akkord"a məxsus daha 13 yeni şirkət yaradılıb ki, bu da çoxsaylı işçi qüvvəsinin cəlb edilməsi deməkdir. Bu layihələrin dəyəri təqribən 50 milyon manat təşkil edəcək.
"Əsas məqsəd Azərbaycanın tikinti sektorunun inkişafına dəstək olmaqdır", - deyən baş direktor qeyd edib ki, bununla bağlı xaricdən müasir texnologiyalar alınıb. Həmçinin vurğulanıb ki, şirkətin başlıca hədəflərindən biri də yerli bazarı tikinti materialları ilə təmin etməklə yanaşı, məhsulların xaricə ixrac edilməsidir.
Məlumat verilib ki, 2016-cı ildən etibarən "Akkord" yeni yaşayış binalarının layihəsini planlaşdırır. Bu zaman 750 min kvadratmetr həcmdə yaşayış sahəsi istismara veriləcək. Belə ki, Novxanı, Biləcəri, Badamdar, Mərdəkan və Xocasən qəsəbələrində - şirkətə məxsus ərazilərdə təqribən 5 ilə sözügedən binaların inşası nəzərdə tutulur. Mənzillər ipoteka krediti vasitəsilə yerləşdiyi ərazidən asılı olaraq münasib qiymətə satılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info