“Azərbaycan öz müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir”
Tarix: 29.01.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır, çünki Azərbaycan bunu istəyir". Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
Səfir Türkiyənin Azərbaycana hər sahədə dəstək verməyə hazır olduğunu bəyan edib. "Azərbaycan öz müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir və biz Azərbaycana bu sahədə də dəstək verəcəyik", - deyə diplomat bildirib.
Səfir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, beynəlxalq hüquq bərpa olunmayınca, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın istəyi çərçivəsində həllini tapmadıqca bölgədə normallaşma ola bilməz.
Diplomatın sözlərinə görə, iki dövlət arasında münasibətlərə zərər verə biləcək qüvvələrin ola biləcəyi hər zaman diqqətdə saxlanılmalıdır.
O, AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin səsverməsi zamanı bəzi türk deputatların səsvermədə iştirak etməməsi məsələsindən danışarkən hansısa deputatın addımına görə mövqe bildirmək istəmədiyini deyib: "Lakin Türkiyədə heç bir yerdə, heç bir rəsmi qurumda insanlar heç bir vaxt bir araya gələrək "Azərbaycanın bu məsələsinə necə mane ola bilərik?" müzakirəsi aparmayıblar. Əksinə, "Azərbaycana daha yaxşı necə kömək edə bilərik?" müzakirəsi olur. Türkiyə dövlətinin siyasəti, 80 milyona yaxın əhalinin 100 faizə yaxını Azərbaycan məsələsində çox həssasdır. Bu, dövlət siyasətindən də yüksəkda duran məsələdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info