Əmanətlərin Sığortalanması Fondu: “Gəncəbank“da sığorta hadisəsi baş verib”
Tarix: 29.01.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 28 yanvar 2016-cı il tarixli 16-00022-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Gəncəbank” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.
Fonddan verilən məlumata görə, bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Gəncəbank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
“Əmanətlərin Sığortalanması Fondu “Gəncəbank” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 28 yanvar 2016-cı il tarixi “Gəncəbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.  “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.
Fond məlumat üçün bildirir ki, “Gəncəbank” ASC-də qorunan əmanəti olan  əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb
17.01.2019
Əl çantasında bəyan olunmayan valyuta aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info